Şəmkir rayonunda orta məktəb direktorlarını aşağılamağın onlayn metodunu tapıblar.
Əldə olunan fakta əsasən şura iclası zamanı nöqsanı olan direktorları ayağa qaldırır, danlayır, sonra isə fotrolarını çəkərək sosial şəbəkələrə yerləşdirirlər. Bununla onları utandırmaq, aşağılamaq məqsədi güdülür.
gundemxeber.az Xeberle.com-a istinadən bildirir ki, hadisə iyunun 27-də Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclasında olub. Şura iclasını Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rəhbərliyi ilə keçirilib. İcra başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sona Əliyevanın "Şəmkir rayonu üzrə ümumtəhsil məktəblərinin 2015-ci ildə IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri haqqında" çıxışı dinlənilib və sonra sözügedən olaylar yaşanıb. Əcəba, bu əməlləri ilə onlar nə demək istəyirlər? Axı hansı qanunda bu cəza növü göstərilib? Əlbəttə ki, təhsilə aid məsələ məktəb, təhsil şöbəsi və təhsil nazirliyi çərçivəsində həll olunmalıdır. Və yəqin ki, kiməsə cəza verilirsə, bu kontekstdən kənara çıxmamalıdır. Sual olunur, rayon icra hakimiyyəti hansı hüquqla onların şəkillərini sosal şənəkələrdə paylaşır və onları biabır edir? Onsuz da cəmiyyətimizdə nüfuzu yuxarı olmayan məktəb direktorları, müəllimlərini şagirdlərin, onların yaxın və əzizlərinin gözündən niyə salmaq istəyirlər? Ayaq üstə dayanan direktorların üzünü məqsədli şəkildə bulanıq verilib. Qarşı tərədin də mövqeyini işıqlandırmağa hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?