GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “ASAN Xidmət” sədrinin müavininin işdən çıxarılmasında Aslan Aslanov “izi”

“ASAN Xidmət” sədrinin müavininin işdən çıxarılmasında Aslan Aslanov “izi”

Tarix: 10-07-2015, 12:51 Bölmə :Ölkə Baxış: 0
“ASAN Xidmət” sədrinin müavininin işdən çıxarılmasında Aslan Aslanov “izi”

Rəşad Abbasov sabiq nazir müavininin əmlaklarını başqalarının adına rəsmiləşdirməkdə yardımçı olmasının güdazına gedib

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Abbasov ASAN Xidmət sədrinin birinci müavini vəzifəsindən azad edilib. Sədr müavininin işdən çıxarılması haqda sərəncam iyunun 9-da imzalansa da, bu haqda ictimaiyyət iyulun 1-də məlumatlandırılıb.

Lakin yayılan məlumatlarda 2012-ci il sentyabrın 7-də bu vəzifəyə təyin olunmuş R.Abbasovun işdən çıxarılmasının səbəbi göstərilməyib. Ümumiyyətlə, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən bu qurumdan – ASAN Xidmətdən kiminsə prezidentin sərəncamı ilə vəzifəsindən azad olunması ilk dəfə baş verib deyə bunun səbəbi də həddən artıq maraq doğurur.
Redaksiyamıza rəis müavininin işdən çıxarılmasının ilginc səbəbi haqda məlumat daxil olub. Həmin məlumatda deyilir ki, R.Abbasovun tutduğu vəzifədən azad edilməsi Şəmkirin keçmiş icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovla əlaqəlidir. R.Abbasovun A.Aslanova sənədləşmə məsələlərində qeyri-rəsmi yardım etməsi onun tutduğu postla vidalaşmasına gətirib çıxarıb. Qaynağımız R.Abbasovla A.Aslanovun qohumluq əlaqələrinin olduğunu da deyib. Onun sözlərinə görə, R.Abbasov “Azərneftyağ” İstehsalat Birliyinin baş direktoru olmuş mərhum Ramiz Mirzəyevin kürəkənidir.
A.Aslanovun bacısı isə Ramiz Mirzəyevin həyat yoldaşıdır. Onlar yeznə-qayın olsalar da, münasibətləri gərgin olub. R.Mirzəyev dünyasını dəyişənə qədər onların gediş-gəlişləri belə olmayıb. R.Mirzəyev dünyasını dəyişəndən sonra A.Aslanovla onun ailəsi arasında yenidən münasibətlər yaranıb. Hətta 2012-ci ildə R.Abbasovun namizədliyinin irəli sürülməsində A.Aslanovun rolunun olması haqda da məlumat var.
R.Abbasovun A.Aslanova hansı sənədləri düzəltməkdə yardımçı olması haqda məlumat yoxdur. Amma belə ehtimallar var ki, R.Abbasov A.Aslanova 2013-cü ildə tutduğu vəzifədən çıxarılandan sonra özünün və ailə üzvlərinin adına olan əmlakları digər şəxslərin adına rəsmiləşdirməkdə yardım göstərib.
Belə bir fakt barəsində “Yeni Müsavat”ın 20 mart 2015-ci il tarixli sayında dərc olunan “Aslan Aslanovun oğlunun adı yeni qalmaqalda” sərlövhəli yazıda yer almışdı.

“ASAN Xidmət” sədrinin müavininin işdən çıxarılmasında Aslan Aslanov “izi”

Yazıda A.Aslanov tutduğu postdan uzaqlaşdırıldıqdan sonra əmlaklarını vaxtilə R.Mirzəyevin sürücüsü olmuş Valeh Ramazan oğlu Allahverdiyevin adına rəsmiləşdirməsi qeyd olunurdu. Böyük ehtimalla bu məsələlərdə R.Abbasov A.Aslanova yaxından kömək edib. Yada salaq ki, sürücü Valeh Ramazan oğlu Allahverdiyevin adı ilk dəfə mətbuatın gündəminə A.Aslanovun Ədliyyə Nazirliyində çalışan oğlu Turqay Aslanovun “avtoş”luğa görə saxlanılmasından sonra gəlmişdi. 2015-ci il fevralın 20-də gecə 1 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı “Bentley” markalı maşını saxlayıblar. Az 10 DO 007 dövlət nömrə nişanlı bu avtomobilin sürücüsünün sərxoş olduğu, eyni zamanda sənədlərin qaydasında olmadığı müəyyənləşmişdi.

“ASAN Xidmət” sədrinin müavininin işdən çıxarılmasında Aslan Aslanov “izi”

Buna görə də avtomobil 3-cü mikrorayonda yerləşən cərimə meydançasına aparılmışdı. Sonradan məlum olmuşdu ki, avtomobili idarə edən şəxs Aslan Aslanovun oğlu Turqay Aslanovdur. Həmin avtomobil 2008-2013-cü illərdə Turqay Aslanovun adına olsa da, 2013-cü ildə Allahverdiyev Valeh Ramazan oğluna etibarnamə verilib. Amma sayı məhdud, təxminən 300 min dollar dəyərində olan ağ rəngli “Bentley” daim Turqay Aslanov tərəfindən idarə olunub. “Bentley” və digər bir bahalı maşını – “Mercedes Gelenvagen”i hazırda A.Aslanovun “Vorovski”də, Daxili Qoşunların Baş İdarəsi ilə üz-üzə olan 33 nömrəli, 3 mərtəbəli villasının qarajında saxlanır. Yeri gəlmişkən, qeyd edək ki, A.Aslanovun həyat yoldaşının adına olan həmin villanı 5 milyon manata satışa çıxarması haqda məlumat da vardı. Bildirilirdi ki, bu əmlaklar da, T.Aslanovun “KİA” markalı avtomobili də “Bentley” kimi, Valeh Ramazan oğlu Allahverdiyevin adınadır.

musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şamaxının icra başcısının işdən çıxarılmasının səbəbi məlum oldu

    Şamaxının icra başcısının işdən çıxarılmasının ...

    19-02-2013, 10:59

  • 
  • İlham Əliyev onu işdən çıxardı - Sərəncam

    İlham Əliyev onu işdən çıxardı - Sərəncam ...

    23-11-2018, 14:52

  • 
  • ​İşdən çıxarılan icra başçısının birinci müavini İSTEFA VERDİ

    ​İşdən çıxarılan icra başçısının birinci müavini ...

    15-12-2017, 14:58

  • 
  • İşdən çıxarılan icra başçısı haqda şok xəbər

    İşdən çıxarılan icra başçısı haqda şok xəbər ...

    17-09-2014, 10:48

  • 
  • İbrahim Məmmədov AzTV-dən çıxarıldı

    İbrahim Məmmədov AzTV-dən çıxarıldı ...

    11-09-2015, 16:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu