Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 14-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün qəbul imtahanı keçirəcək. ANS PRESS-in komissiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılacaq. Bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq imtahan 3 saat davam edəcək.
İmtahan gedişini işıqlandırmaq üçün 60-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib. Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 7-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər: - şəxsiyyəti təsdiq edən sənədin əsli; - "İmtahana buraxılış vərəqəsi". Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?