GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Millət vəkilinin oğlunun dəbdəbəli həyatı - Polis araşdırmaya başlayıb (FOTOLAR)

Millət vəkilinin oğlunun dəbdəbəli həyatı - Polis araşdırmaya başlayıb (FOTOLAR)

Tarix: 13-07-2015, 17:22 Bölmə :Ölkə Baxış: 0
Millət vəkilinin oğlunun dəbdəbəli həyatı - Polis araşdırmaya başlayıb (FOTOLAR)

Azərbaycanda "lüks həyat sürən insanlar” olduqca çoxdur.

Onlar içərisində məmurlarla yanaşı, deputatlar da var. Belə insanların iç üzünü isə zaman-zaman onların övladları açıb ortaya qoyub.

Hətta öz davranışları ilə belə övladlar kimlərinsə həyatı üçün də ciddi problemlər yaradıb. Düzdür, bəzən belələri cəzalandırılsa da, bir çox hallarda onlar öz atalarının, yaxud analarının «gül balası» olaraq qalırlar. Və onlara gözün üstə qaşın var deyən də olmur. Növbəti bir bahalı həyat tərzi sürən, hansısa yollarla əldə edilmiş pullar hesabına xaricdə bahalı otellərdə gün keçirən bir şəxs barəsində faktlar əldə etmişik. Söhbət millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovdan gedir. Bu insan ölkədə və xaricdə necə lüks həyat sürdüyünü sosial şəbəkələrə yerləşdirdiyi şəkilləri ilə sübut edir. Amma maraqlıdır ki, cavan bir oğlanın bu qədər imkana sahib olması haradan qaynaqlanır. Axı deputat maaşı ilə bu qədər maddi imkana sahib olmaq mümkünsüzdür. Bizimxəbər.az-ın elektron ünvanına göndərilən müraciətdə bir çox mətləblərə aydınlıq gətirilir. Belə ki, Bakı şəhər sakini Məmmədov Fərman Xeyrulla oğluna qarşı atılmış addım əməlli-başlı başlı dələduzluqdur. Kiminsə pulunu alıb mənimsəmək Cinayət Məcəlləsində təfsilatı ilə dərc edilib.

"575 min manatı Həbib Axundova vermişəm”

Barəsində danışacağımız şəxs Həbib Axundov anası Elmira Axundovaya arxayın olaraq onlarla insanın pulunu mənimsəyib. Həmin şəxslərdən biri olan Fərman Məmmədov kütləvi informasiya vasitələrinə (KİV) açıq müraciət edərək başına gələnlərdən bəhs edir. Vətəndaşın müraciətini diqqətinizə çatdırırıq. Şikayət ərizəsi ilə KİV-ə müraciət edən Fərman Məmmədov Elmira Axundovanı neçə illərdir tanıdığını və ailəvi münasibətlərinin olduğunu bildirdi. Amma nə vaxtsa onlar tərəfindən aldadılacağını ağlına belə gətirmədiyini vurğuladı: "Bu yaşa gəlib çatmışam, ancaq indiyə kimi belə vəziyyətlə üzləşməmişdim. Elmira xanıma həmişə hörmətlə yanaşmışam. Çünki bu adam hər zaman ədalətin və haqqın tərəfində olub. Onu həm də ümummilli liderimiz, ulu öndər, xalqımızın fəxri Heydər Əliyevin silahdaşı kimi tanımışam.

Millət vəkili 1995-ci ildə Əfv Komissiyasının üzvü seçilib. Vaxtilə mən Milli Məclisə deputatlığa namizədliyimi irəli sürəndə bu xanım haqqımda gözəl məqalə yazıb. Elə həmin dövrdən dostluğumuz, ailəvi münasibətimiz başlayıb. Biz Elmira Axundova ilə dostluq münasibəti yaradanda oğlu Həbibin hələ 5 yaşı var idi. Onun övladı mənim qucağımda böyüyüb. Mən onları heç vaxt öz doğmalarımdan ayırmamışam, heç vaxt istəməmişəm ki, nəsə problemləri olsun. 2005-ci ildə o, 71 saylı Masallı Seçki Dairəsindən namizədliyini irəli sürdü. Həmin vaxt millət vəkilinin səlahiyyətli nümayəndəsi idim. Bu dairədə seçki çox gərgin keçsə də, deputat seçildi. Növbəti parlament seçkilərində, yəni 2010-cu ildə də onun səlahiyyətli nümayəndəsi oldum. Həbib Axundov Bakı Gömrük İdarəsində işləyir, səhv etmirəmsə rütbəsi mayordur. O bir neçə dəfə məndən borc pul götürüb qaytarırdı. Bir müddət sonra onlar "Favorit” marketlər şəbəkəsini açdılar. "6-ci paralel”də və şəhərin digər yerlərindəki bu marketlər millət vəkilinə məxsusdur. Onların Elnur adlı ailəvi dostu var idi. Bu şəxs dəfələrlə Milli Məclis üzvünün evinə gəlib-gedirdi. Günlərin birində Həbib mənə dedi ki, Elnurla şərikli biznes qurub və ona müəyyən miqdarda pul lazımdır. Dediyinə görə, xaricdən kartric, ofis ləvazimatları vururdular. Amma bu deyilənlər fırıldaq imiş. Çünki onlar kartric biznesi adı altında neçə-neçə insanın pulunu alıb yeyiblər. Deputatın oğlu həmçinin mənə anasının Milli Məclisin, Apellyasiya Məhkəməsinin tenderlərini udduğunu və həmin dövlət qurumlarına kartriclər, ofis ləvazimatları verdiyini demişdi.

Həbib Axundov məndən borca pul istədi. Dedi ki, pula görə cavabdehəm, vaxtında qaytaracam. Ailəvi dost idik, ondan belə bir hərəkət gözləməzdim. Yəni ağlıma belə gəlməzdi ki, dünənki uşaq mənə pul atar. 2012-ci ildən bu proses başlandı. Elmiraxanım oğlunun gördüyü işlə fəxr edirdi. Hətta bir dəfə deputat öz rəfiqələrindən oğluna biznesini genişləndirməsi üçün pul verməyi tələb edirdi. Buna uyğun olaraq deputatın bəzi rəfiqələri də Həbibə pul verdi”. Şikayətçi deyir ki, millət vəkilinin oğlu ondan üst-üstə 575 min manat pul alıb: "Əksər hallarda həmin pulları qaytara bilmirdi. Nəhayətdə borc yığılıb bu qədər oldu. 2013-cü ildə millət vəkilinin oğlu mənə zəng vurdu və görüşmək istədiyi bildirdi. Onunla görüşdüm, özündə deyildi və əsəbi görünürdü. Pis olmağının səbəbini soruşanda piramidaya düşdüyünü və pulların Elnur tərəfindən mənimsənildiyini söylədi. Halbuki, bu məsələdə ən böyük günahkar elə parlament nümayəndəsinin oğlu idi. Elnura bir neçə dəfə zəng vursam da, cavab vermədi. Həbibdən pullarımı geri tələb etdim. 2013-cü ilin mayında o məni arxayın saldı və işlərin düzələcəyini vurğuladı. Deputatın oğlu məni qızının ad gününə, Şüvəlandakı bağına dəvət etdi. Elmiraxanım məni orda görəndə təəccübləndi, "Sənin burda nə işin var” deyib qaşqabaq tökdü. Həmin axşam Elnur da ora gəldi.

Həbib məni qırağa çəkib söhbət etməyə başladı. Maşina əyləşib "Qres” deyilən yerə getdik. O Elnurla mübahisə etməyə başladı. Elə həmin vaxt Elmira Axundova Həbibə zəng vurdu. Həbib isə anasına monopolistlərlə söhbət etdiyini dedi. Bundan dəhşətə gəldim. Elnurla Həbibin arasında dava düşdü. Deputatın oğlundan dava salmamasını tələb etdim. O isə qayıtdı ki, əgər dava etməyimi istəmirsənsə, puldan əlini üz. Hələ də nəyin baş verdiyini anlamırdım. Mən 575 min manatı Həbib Axundova vermişəm. Bunun müqabilində millət vəkilinin oğlu bütün müddətdə mənə 125 min manat verib. Ona verdiyim pulları başqa-başqa adamlardan borc almışdım. Bu gün borc aldığım insanların üzünə baxa bilmirəm, onlar pulunu geri istəyir. 2013-cü ilin mayında Elmira Axundova mənə zəng vurub Masallıda bir qohumunun problemi olduğunu dedi. Deputatın özünün bildirdiyinə görə, kartric biznesinə 80 min manat pul qoyub. Məndən soruşdu ki, Həbibin girişdiyi biznes ona gəlir gətirə bilər ya yox. Açığı onun sualları mənə çatmırdı. May ayında oğul Axundova verdiyim məbləğ 475 min manata çatdı. Sonradan başa düşdüm ki, bu şəxslər əlbir olaraq pulumu mənimsəyiblər. Həbib Axundov notariusun kağızlarını mənə göstərmişdi. Orda Elnura 750 və 150 min manat verdiyi qeyd olunurdu”.

"Narahat olma, anam Əfv Komissiyasının üzvüdür, səni "yarım srok”a həbsdən çıxaracaq"

Fərman Məmmədovun sözlərinə görə, külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Elnur İbrahimov aradan bir müddət ötəndən sonra deputatın bağ evinə gətirilib: "Mən də ora getdim. Orada təxminən 50-yə yaxın adam var idi. Sən demə, onların da pulu mənimsənilib. Elnur oyun qurduğunu boynuna aldı. Həbib telefonla kiməsə zəng vurub tanış polis lazım olduğunu söylədi. Bir neçə dəqiqədən sonra deputatın oğlu Yasamal Rayon Polis İdarəsində kiməsə zəng vurdu və Elnuru ora gətirəcəyini dedi. Elnur bizim maşında getdi. Yolda mən tanışvəkillə danışıb bu cür dələduzluğun cəzasının nə olduğunu soruşdum. Vəkil isə belə işlərə görə 12 il həbs cəzasının nəzərdə tutulduğunu bildirdi. Bunu eşidən Elnur ağlamağa başladı. Həbib isə ona təsəlli verərək "Narahat olma, anam Əfv Komissiyasının üzvüdür, səni "yarım srok”a həbsdən çıxaracaq. Sadəcə, pulları tək yediyini boynuna al. Kişikimi söz verirəm ki, sənin ailənə hər ay 500 manat pul göndərəcəm” deyirdi. Yasamal Rayon Polis İdarəsinə gəldik. İdarənin qabağında adam əlindən tərpənmək olmurdu. Hamısı Elnur və Həbib tərəfindən aldadılan insanlar idi. Təxminən bu işdə 7-8 milyon manatlıq dələduzluqdan söhbət gedir”.

Şikayətçi bildirir ki, hazırda məsələ üzrə iş Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır.

Apardığımız araşdırmalardan sonra bəlli oldu ki, 30 yaşlı H.Axundov aldatdığı insanlardan qopardığı pullarla dünyanın bahalı şəhərlərində krallara layiq istirahət edib. Hazırda Türkiyədə istirahətdə olan Həbib Axundov müxtəlif dövrlərdə dünyanın ən bahalı yerlərində istirahət edib. Belə ki, 2014-cü il avqust ayının 31-də deputatın oğlunun sorağı Dubayın "Burj Al Arab Jumeirah Beach” istirahət mərkəzindən gəlib. O yaxını Kənan Cəlilovla birlikdə Dubayda bir neçə gün canına necə deyərlər, qulluq edib. Məmur övladının baş çəkdiyi xarici şəhərlərdən biri də London olub. Əldə etdiyimiz məlumatlarda deyilir ki, xanım millət vəkilinin oğlu Dubaya, Londona, İstanbula hər dəfə səyahət edəndə 30-40 min dollar civarında pul xərcləyib. Maraqlıdır, gömrük sistemində işləyən Həbib Axundov bu qədər pulu hansı yollarla qazanıb?.. Hələ bu harasıdır ki. Vətəndaşlardan aldığı pulların hesabına şəxsi avtomobil kolleksiyasını xeyli zənginləşdirib. Deputat oğlunun bir müddət əvvəl sosial şəbəkələrdə paylaşdığı şəkillərdə onun 10-HH-111 dövlət nömrə nişanlı "Porsche Cayenne GTS”, "Porsche Panamera”, 90-XX-111 nömrəli "Jeep Wrangler”, 90-RR-111 dövlət nömrə nişanlı maşınlarının olduğu aydın şəkildə görünür. Həmin avtomobillərin xüsusi sifarişlə gətirildiyi vurğulanır. Bundan başqa, Həbib Axundovun vaxtının çox hissəsini əyləncəyə, o cümlədən Bakıdakı bahalı məkanlarda, məsələn "Badam”da keçirməyə həsr etdiyi yayılan məlumatlar arasındadır. Bir daha sual edirik, görəsən ayda heç 800 manat maaş almayan deputatın oğlu dəyəri 100 min manatlarla olan maşınları hansı pullarla alıb, hansı vəsaitlə xarici ölkələrdə kef çəkib? Onun aldatdığı insanlar borc bataqlığında batırlar. Bütün yaxın dost-tanışları bu məsələyə görə onlardan üz çevirib. Həbib bəy isə oliqarxlar kimi həyat tərzi sürür. Fikrimizcə, Elmira Axundovanın oğlunun törətdiyi özbaşına əməllər cəzasız qalmayacaq. Bizdə olan məlumatlara görə, artıq məsələyə müvafiq orqanlar səviyyəsində reaksiya verilib. Deyilənə görə, yaxın günlərdə Həbib Axundovun barəsində hüquq müstəvisində ölçü götürülə, hətta o həbs oluna bilər. Növbəti məqalədə deputat oğlunun polis vasitəsilə şikayətçilərə necə hədə-qorxu gəlməsinə və digər məsələlərə toxunacağıq.///Bizimxeber.az

Millət vəkilinin oğlunun dəbdəbəli həyatı - Polis araşdırmaya başlayıb (FOTOLAR)
Millət vəkilinin oğlunun dəbdəbəli həyatı - Polis araşdırmaya başlayıb (FOTOLAR)
Millət vəkilinin oğlunun dəbdəbəli həyatı - Polis araşdırmaya başlayıb (FOTOLAR)
Millət vəkilinin oğlunun dəbdəbəli həyatı - Polis araşdırmaya başlayıb (FOTOLAR)
Millət vəkilinin oğlunun dəbdəbəli həyatı - Polis araşdırmaya başlayıb (FOTOLAR)
Millət vəkilinin oğlunun dəbdəbəli həyatı - Polis araşdırmaya başlayıb (FOTOLAR)
Millət vəkilinin oğlunun dəbdəbəli həyatı - Polis araşdırmaya başlayıb (FOTOLAR)
Millət vəkilinin oğlunun dəbdəbəli həyatı - Polis araşdırmaya başlayıb (FOTOLAR)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı oliqarx oğlunun lüks həyatı - silah, maşınlar, kef məclisləri... - FOTOLAR

    Azərbaycanlı oliqarx oğlunun lüks həyatı - silah, ...

    1-12-2017, 17:57

  • 
  • 16 villa alan məmurun oğlunun dəbdəbəli həyatı (FOTO)

    16 villa alan məmurun oğlunun dəbdəbəli həyatı ...

    25-01-2016, 16:42

  • 
  • 24 yaşlı qızı öldürən biznesmenin 14 yaşlı oğlunun dəbdəbəli həyatı - FOTOLAR

    24 yaşlı qızı öldürən biznesmenin 14 yaşlı ...

    4-05-2017, 22:32

  • 
  • Xaricdə 2166 nəfər dini təhsil alır

    Xaricdə 2166 nəfər dini təhsil alır ...

    2-12-2015, 15:16

  • 
  • Elmira Axundovanın “taktika”sı…

    Elmira Axundovanın “taktika”sı… ...

    18-02-2016, 22:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu