GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » FAZİL MƏMMƏDOV NİYƏ HƏDƏFƏ ÇIXDI? – Nazirə vətənə xəyanət maddəsi xatırladıldı

FAZİL MƏMMƏDOV NİYƏ HƏDƏFƏ ÇIXDI? – Nazirə vətənə xəyanət maddəsi xatırladıldı

Tarix: 15-07-2015, 15:33 Bölmə :Ölkə Baxış: 0
FAZİL MƏMMƏDOV NİYƏ HƏDƏFƏ ÇIXDI? – Nazirə vətənə xəyanət maddəsi xatırladıldı

Müşavirədə iştirak etməyən Fazil Məmmədov haradadır?

“Krışalıq” söhbəti daha iri biznes sahiblərinin və onları himayə edənlərin ciddi narazılığına səbəb olub, bir neçə istehsal müəssisəsinin qapıları bağlanıb və işçiləri müddətsiz məzuniyyətə buraxılıb….

FAZİL MƏMMƏDOV NİYƏ HƏDƏFƏ ÇIXDI? – Nazirə vətənə xəyanət maddəsi xatırladıldı

Prezident İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin iclasında ən sərt tənqid etdiyi Vergilər Nazirliyi oldu. Prezidentin çıxışında bir neçə sahələrdə problemlərin olduğu qeyd edilsə də, Fazil Məmmədovun rəhbərlik etdiyi qurumun tənqidi daha kəskin tonda edildi.
Məlumdur ki, neftin qiymətinin dünya bazarında düşməsindən sonra, dövlət başçısının müşavirədə də qeyd etdiyi kimi, iqtidar vergilərin toplanması ilə bağlı məsələyə daha ciddi önəm verir. Bu ilin fevralında Vergilər Nazirliyində struktur dəyişiklikləri edən prezident nazir Fazil Məmmədova 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verməsi barədə sərəncam imzaladı. Bu sərəncam Vergilər Nazirliyinin yaradılması ilə əlaqələndirilsə də, iddia olunurdu ki, bu, F.Məmmədova vergilərin toplanması ilə bağlı “fövqəladə səlahiyyətlər” verilməsinə bir mesaj idi.
Xəbərlərdə deyilirdi ki, nazirə tapşırılıb ki, istisnasız olaraq məmur-oliqarxların nəzarətində olan bütün istehsal müəssisələri – fabrik-zavodlar, restoranlar, hətta qaçqın və məcburi köçkünlərin adına rəsmiləşdirdikləri köşklər belə vergiyə cəlb edilsin. Yeri gəlmişkən, 2015-ci il dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə 7 milyard 112 milyon manat daxilolma proqnozlaşdırılır ki, bunun da 4 milyard 812 mln. manatı və ya 67,7 faizi qeyri-neft sektorunun, 2 milyard 300 mln. manatı və ya 32,3 faizi isə neft sektorunun payına düşür. Bu, 2014-cü ilin proqnozu ilə müqayisədə 10 milyon manat və ya 0,1 faiz çoxdur. Vergilər Nazirliyinin saytında 2015-ci ilin yanvar-iyun aylarında vergi daxilolmaları haqqında məlumatla maraqlandıq.

FAZİL MƏMMƏDOV NİYƏ HƏDƏFƏ ÇIXDI? – Nazirə vətənə xəyanət maddəsi xatırladıldı

Məlum oldu ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 346 milyon 306,8 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,8 faiz əməl edilib. Qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 289 milyon 221,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 68,4 faiz təşkil edir. Bəs belə olduğu halda Vergilər Nazirliyi niyə hədəfə gəlsin?
Məlumata görə, Vergilər Nazirliyi bir müddət əvvəl vergi borcunu ödəməyən oliqarxların şirkətlərinin siyahısını hazırlayıb. Bu məsələdən ciddi təlaşa düşən oliqarxların bəziləri vergi borclarını tezliklə ödəməyə hazır olduqlarını bildirib, bəziləri külli miqdarda vəsaiti toplamaq üçün vaxt istəyiblər. Amma onları “Avropa Oyunları yaxınlaşır” adı ilə çox tələsdiriblər. Bu isə iri şirkətləri himayə edən bir sıra iri ranqlı məmurların sərt etirazına səbəb olub. Sahibkaralar açıq deyiblər ki, ya vergini son qəpiyinəcən versinlər, ya da…

FAZİL MƏMMƏDOV NİYƏ HƏDƏFƏ ÇIXDI? – Nazirə vətənə xəyanət maddəsi xatırladıldı

Prezidentin məlum müşavirəsindəki çıxışa diqqət edək: “Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə sahibkarlar, sadə dillə desək, dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm.

FAZİL MƏMMƏDOV NİYƏ HƏDƏFƏ ÇIXDI? – Nazirə vətənə xəyanət maddəsi xatırladıldı

Eyni zamanda dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, ”krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər.
Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olanlar dərhal öz cəzasını alacaq”.
İddialara görə, “krışalıq” söhbəti daha iri biznes sahiblərinin və onları himayə edənlərin ciddi narazılığına səbəb olub. Bəziləri “yeni krışalıq” təklifi ilə razılaşmayaraq (onların sırasında bir neçə deputat da var) tez-tələsik 100-120 nəfərlik müəssisələrini və restoranlarını “bankrot” adı ilə bağlamağa məcbur olublar. O cümlədən, bir neçə istehsal müəssisəsinin qapıları bağlanıb və işçiləri müddətsiz məzuniyyətə buraxılıb.
Yenidən prezidentin çıxışına diqqət yetirək: “Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”.
Müəssisələrin bağlanması isə qeyri-neft sektorunun inkişafına çalışan və işsizliyin azalmasını istəyən iqtidarın kursuna ciddi zərbə kimi qiymətləndirilib. İddialara görə, F.Məmmədov ona verilən səlahiyyətlərdən istifadə edərkən elə ciddi fiqurların mənafeyinə toxunub ki, narazılıq birbaşa prezidentə çatıb. Bir mənbənin iddiasına görə, Vergilər Nazirliyi hətta “toxunulmazlar siyahısı”nda olan baş qorumanın belə obyektlərinə müfəttişlər göndərib. Aparılan yoxlamalar nəticəsində həmin müəssisə-obyektlər hətta bir neçə gün fəaliyyətini dayandırmalı olub ki, bu da narazılıq doğurub. Bu, həm də nazirin özünün iqtisadi imperiyasını gücləndirmək niyyəti kimi yozulub.
Qeyd edək ki, oliqarxlar sırasında öndə gedən fiqurları içərisində vergilər naziri Fazil Məmmədovun da xüsusi çəkisi var. Dövlətin ən mühüm sahələrindən birinə rəhbərlik etməsinin ona qazandırdığı geniş imkanlar son nəticədə böyük bir biznes imperiyasının formalaşmasına səbəb olub. Görünür, vəzifə kürsüsündə mövqelərini möhkəmləndirdikcə o, ayrı-ayrı sahələrə də nəzarəti gücləndirmək istəyib ki, bunun da qarşısı kəsildi və prezident vətənə xəyanət maddəsini xatırlatdı…
Maraqlıdır ki, 13 iyul müşavirəsində Fazil Məmmədov iştirak etmirdi. Rəsmi xəbərə görə, F.Məmmədov iyulun 13-də Qazaxda vətəndaşları qəbul edib. Böyük ehtimalla müşavirədə iştirak etməyən baş nazir Artur Rəsizadə, nəqliyyat naziri Ziya Məmmədov kimi o da məzuniyyətdədir..(musavat/com).
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarov Fazil Məmmədovun dostunu və icra başçısının kürəkənini işdən çıxardı

    Mikayıl Cabbarov Fazil Məmmədovun dostunu və icra ...

    10-07-2018, 22:54

  • 
  • Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – Siyahı

    Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – ...

    2-02-2018, 11:40

  • 
  • Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə "American Hastanesi"nə yerləşdirilib

    Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə ...

    28-06-2018, 19:55

  • 
  • Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

    Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə ...

    6-12-2017, 17:20

  • 
  • Fazil Məmmədovun qudası da işdən çıxarıldı

    Fazil Məmmədovun qudası da işdən çıxarıldı ...

    14-01-2018, 20:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu