GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kənddə ev tutub dincəlmək istəyənlər üçün qiymətlər

Kənddə ev tutub dincəlmək istəyənlər üçün qiymətlər

Tarix: 23-07-2015, 12:52 Bölmə :Ölkə Baxış: 0
Kənddə ev tutub dincəlmək istəyənlər üçün qiymətlər


Yay tətilində iki-üç gün havasını dəyişmək istəyənlər xaricə gedə bilmirlərsə, Azərbaycanın Bakıya nisbətən yaxın bölgələrinə üz tuturlar.

İndi Qəbələ, Qusar, Quba, Oğuz kimi cəlbedici turizm bölgələri otel sarıdan korluq çəkmir, ancaq heç də hər kəsin gecəsi azı 50-60 manata bu otellərdə qalmağa imkanı yetmir.

Bakıda orta məktəblərin birində müəllimə işləyən İlhamə Məmmədova kimi.

O, ailəsi ilə birgə Qubanın kəndlərindən birinə 2-3 günlük istirahətə gedib və ailəvi istirahət mərkəzində qalıb:

“Gecəsi 25 manata, görkəmsiz bir otaq idi. Hamam-tualetinin şəraiti də o qədər yüksək deyildi. Pərdələr çox pis gündəydi. Ancaq ən ucuz elə buranı tapdıq. Kimin imkanı vardı, bir az yaxşı yer axtarırdı. Biz də maraqlandıq, gecəsi 40 manata idi”.

İlhamə Məmmədova deyir ki, otağa yalnız gecədən-gecəyə girirdilər. Onun sözlərinə görə, manqal, mətbəxdən, samovardan istifadənin də hərəsinin öz qiyməti olub.

Müsahibimiz əlavə edir ki, kənddə onlara südün 1 litri 2 manata, xamanın 200 qramı 4 manata təklif olunub: “Yemək-icməyi də nəzərə alsaq, gün 100 manata başa gəlirdi. Çox bahadı, adamın gücü çatmır”.

“Kəndin yolu elə gündədir ki”

Yayı Göygöl rayonunun Toğana kəndində keçirən 4 nəfərlik Əliyevlər ailəsi də bir kənd evində 1 otaqda gecəsi 20 manatdan qalır. Otağı 20 günlük kirə ediblər, hamam-tualet həyətdədir.
Dilarə Əliyevanın sözlərinə görə, əslində şərait əl verməsə də, məcburiyyətdən burda qalmalı olublar ki, məktəbyaşlı uşaqları bir az havalarını dəyişsinlər:

“Uşaqların əylənməsi üçün də heç bir yer yoxdur. Bura da dağlıq olduğundan uşaqlar heç futbol da oynaya bilmirlər. Kəndin də yolu elə gündədir ki, bir maşın keçəndə bütün toz-torpaq içində olursan. Daha evdə demişəm, gələn il 10 gün qalaq, amma normal yerə gedək, məsələn, Gürcüstana”.

İnternetdə təkliflər

Azərbaycanda indi kirayə verilən kənd evlərini internet vasitəsilə də tapmaq olar. Bölgədən asılı olaraq qiymətlər dəyişir.

Elanları incələyəndə iki nəfərlik otağın aşağısı 15, yuxarısı 100 manata təklif edildiyini görmək olar. Çox nadir halda, günlük kirayəsi təxminən 50-60 manata təklif edilən evdə internet, paltaryuyan maşın, mətbəx ləvazimatı və s. əşyalar var. Əksər elanlarda otaqda iki çarpayı, peyk antenalı TV və həyətdə manqalın mövcudluğu, hamam-tualetin həyətdə yerləşməsi və kafelli olmağı vurğulanır.

Gürcüstanda 15 dollarlıq fərdi ev 3-4 ulduzlu otel səviyyəsində

Bir çox azərbaycanlının daimi istirahət yerinə çevrilən Gürcüstan bölgələrində də fərdi evlər təklif edilir. Bu təkliflərin hər birində evlərin yüksək komfortlu olması, kondisionerlə, paltaryuyan, qabyuyan maşınlarla, TV-internetlə təchiz edildiyi vurğulanır. Günlük kirayə qiyməti 15 dollardan 50-60 dollara qədər dəyişir.

Hətta Gürcüstanın kəndlərində belə komfortlu evlər təklif edilir. Azərbaycanla müqayisədə xeyli imkansız olan, daha az maaş, pensiya ilə dolanan gürcü ailəsi turisti razı salmaq, müştərisiz qalmamaq naminə dəridən-qabıqdan çıxır.

Bu günlərdə Gürcüstanın sərhədyanı bölgəsində dincəlmiş Kərimovlar ailəsi danışır ki, 3 nəfərlik ailəyə təxminən 20 manata (45 lari) kirayələdikləri evin şəraiti Tbilisidə 25-30 manata (50-70 lari) qaldıqları hostellərlə eyni imiş. Evin yaxşı təmirli hamam-tualeti, interneti də varmış.

“Bilirsiz, kənd yerinin şəraiti necə olur…”

Şəkinin Kiş kəndində evini gündəlik kirayə verən İlhamə Hüseynova AzadlıqRadiosuna müsahibəsində deyir ki, otaqlar yaxşıdır: “Amma bilirsiz də, rayon, kənd yerində şərait necə olur. Otaqlar pis deyil, amma hamam-tualet həyətdədir, həyətyanı sahə var”.
İlhamə Hüseynova deyir ki, o, bu işlə ciddi məşğuldur və artıq içində hamam-tualeti olan ikimərtəbəli, 8 otaqlı ev tikib, amma mətbəx yoxdur. Onun sözlərinə görə, evin yaxınlığında yeməkxana və çayxana tikiblər, arzu edənlər orda nahar-şam edə bilər. Bir gecənin qiyməti isə 20-25 manatdan başlayır.

“Qiyməti otellər tənzimləyir”

“Səyyah.az” saytının redaktoru Əli Əhmədov deyir ki, hər gün onlarla kirayə elan alıb sayta yerləşdirirlər. Onun sözlərinə görə, bölgələrdə turizm obyektlərinin artması kənd evlərinin də kirayə verilməsi təklifini artırır:

“Məsələn, sizə bir şey deyim, Şahdağ turizm mərkəzi açılanda ora o qədər axın oldu ki, otellərdə yer olmadı, geri qayıtmaq istəməyən yerli turistlər ərtafdakı kəndlərdə yer axtardılar. Kənd camaatı da bunun sərfəli olduğunu gördü”.

Əli Əhmədov deyir ki, kənd evlərinin sahibləri kirayə haqqını bölgədəki otellərə nisbətdə tənzimləyirlər: “Ev sahibi görür ki, yaxınlıqdakı otel gecəsini 100 manata verir, o da kirayəsini 40-50 manat müəyyənləşdirir. İstirahətə gedən şəxs də düşünür ki, onsuz da oteldə bir səhər yeməyi yeyəcəkdim, günorta-axşam yeməyi öz cibimdən olacaq, ondansa, elə gecəsi 40-50 manata qalım. Belə müqayisə imkanı olmayan kəndlərdə qiymət nisbətən ucuz olur”.
Müsahibimiz əlavə edir ki, bəzi yerlədə evini günlük kirayə verən ev sahiblərinə təlim də keçirlər, turistlə davranışdan tutmuş, evini müasir tələblərə uyğun təchiz etməyə qədər hər şey öyrədilir.

“Qubada bir ev sahibi var, evində üçulduzlu şərait yaradıb, qonağa hamam xələtinə qədər verir”, deyən Əli Əhmədov ona da diqqət çəkir ki, kəndlərdə sosial-mədəni infrastrukturla bağlı problemlər var:

“Bunun da səbəbi odur ki, koordinasiya yoxdur, yəni bələdiyyə, yerli icra hakimiyyəti görəndə ki, kəndə çoxlu turist gəlir, o zaman kənddə hansısa tədbirlər təşkil etməlidir. Elə ev sahibləri var ki, özləri çalışırlar ki, nəsə fikirləşib tapsınlar”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qusarda ən ucuz otel 109 manatdır

    Qusarda ən ucuz otel 109 manatdır ...

    4-01-2014, 23:12

  • 
  • Bakıda gecəsi 1000 manata görüşən fahişələr – FOTO

    Bakıda gecəsi 1000 manata görüşən fahişələr – FOTO ...

    11-03-2015, 23:56

  • 
  • «Şahdağ»da gəzdiyim, gördüyüm və eşitdiklərim…

    «Şahdağ»da gəzdiyim, gördüyüm və eşitdiklərim… ...

    15-01-2014, 17:27

  • 
  • Parisdə 990, Qəbələdə isə 1100 manata istirahət

    Parisdə 990, Qəbələdə isə 1100 manata istirahət ...

    27-06-2013, 14:03

  • 
  • Azərbaycan otellərində fantastik Yeni il QİYMƏTLƏRİ

    Azərbaycan otellərində fantastik Yeni il ...

    27-11-2018, 13:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu