Xalq artisti Flora Kərimovanın doğum günüdür. 74 yaşı tamam olan sənətkar şad günü ilə bağlı fikirlərini AzNews.az-a bölüşüb: “Bu gün Qarabağın gözəl guşəsi olan Ağdamın işğal günüdür. Buna görə mən dilimə heç bir arzu gətirə bilmərəm. Ad günü haqqında söhbət belə gedə bilməz. Mənim yeganə arzum odur ki, Qarabağa köçüm, Qarabağımın sakini, vətəndaşı olum. Bu arzum yerinə yetməyənə kimi ad günü keçirməyəcəyəm”.
Qeyd edək ki, Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası (nümunə üçün “Qaynana” filmində Dilbərin ariyası, “Sular qız” romansı), milli opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasında Leyli), xalq mahnıları, bəstəkar mahnılarının klassik art-estrada janrlarının ustad sənətkarıdır. Bəstəkar Elza İbrahimova, xüsusi olaraq Flora Kərimovanın səsi üçün “Afət” operasını bəstələyib. Repertuarında Azərbaycan bəstəkarlarının Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli, Mobil Babayev, Şəfiqə Axundova, Oqtay Kazımov, Elçin İmanov, Eldar Mansurov, İmruzə Hüseynova, Ətiqə Ələkbərova, Faiq Sücəddinov, Rauf Hacıyev, Fikrət Əmirov və b. mahnıları başlıca yer tutur. Azərbaycan Dövlət Opera və Balet Teatrında “leyli və Məcnun” operasında Leyli rolunda çıxış edib (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?