Ölüm anında qızın 13-15 yaşı olub. Cənubi Amerikanın İnklər inperiyası insanları qurban qismində verməsi ilə məşhur olub.
Adətən inklər qalib gəldikləri düşmənləri Tanrılara qurban kimi verirdilər. İstisna hallarda onları uşaqlar da əvəz edirdi. Bu adətin qurbanlarından bəziləri isə And buzlaqlarında 500 ildən çox müddət ərzində qalıblar. İndi isə donmuş mumiyalar qədim sivilizasiyalarla bağlı sirlərin üstünü açırlar. Onlar üzərində aparılan tədqiqatlar İnklər imperiyasının adət-ənənələri, mədəniyyəti, həyat tərzi ilə bağlı sensasion məlumatlar əldə etməyə kömək edir.
Sensasion tapıntı tanınmış arxeoloq İoqan Raynhar tərəfindən aşkar edilib. O, məqsədönlü şəkildə donmuş halda qalmış insan qalıqları üzə çıxarmaq məqsədilə Lyulyalyako vulkanına yollanıb. Nəticədə 6706 m hündürlüyündə 500 yaşlı yeniyetmə qızın mumiyası tapılıb.
Aşkar olunmuş mumiyanı "Lyulyalyako qızı" adlandırıblar. O, sözün əsl mənasında, vulkandan əllər üstündə birbaşa Argetntinanın Salta şəhərinin Katolik universitetinin laboratoriyasına aparılıb.
Çoxsaylı tədqiqatlardan sonra məlum olub ki, ölüm anında qızın 13-15 yaşı olub. Onun üzərində zorakılıq əlamətləri tapılmayıb. Əksinə, qızın əynində bahalı paltar olub. Onun rasionunda yalnız keyfiyyətli elit qidalar yer alıb, ancaq son bir ildə o yalnız ət və qarğıdalı ilə qidalanıb.
Qızın qurban verilməsini göstərən əşyalar isə qızıl və gümüşdən olan bəzəklər, yeməklə dolu qab və paltarlar olub. "Lyulyalyako qızı"nın başında ağ lələklərdən ibarət xüsusi papaq yer alıb. Bir az sonra isə qızın dəfn yerinin yaxınlığında 5-7 yaş aralığında olan qız və oğlanın mumiyaları tapılıb. Güman ki, hər 3 uşaq eyni vaxtda qurban verilib.
Hal-hazırda mumiyaların hamısı Saltanın "Alta-Montana-de-Salta" arxeologiya muzeyində saxlanılır. Onların tədqiqatı hələ də davam edir. Bu mumiyalar zamanla daha çox məlumatlar verir. (ölkə.az)
Sorğu
Yeni dizaynımız necədir?