Ağstafada baş verən qeyri-adi yanğın rayon əhlini qorxuya salıb
İki mərtəbəli ev qəfildən alovlanır. İlk olaraq kiçik əşyalar yanmağa başlıyır, daha sonra hər iki mərtəbədə pəncərələr alışır. Qeyri-adi hadisə Ağstafanın Qırılı kəndində baş verib. Nurəli Əsgərovun evində 3 gündür davam edən alovu söndürmək üçün yanğınsöndürənlər də əraziyə çağrılıb. Alov ram edilsə də bir neçə saat sonra digər otaqlarda yenidən başlayıb. Ailə üzvləri ilk dəfədir ki, belə hadisə ilə qarşılaşdıqlarını deyirlər. Evin hər iki mərtəbəsində yanğın baş verdiyindən bütün əşyalar həyətə çıxarılıb. Sakinlər evdə yatmağın təhlükəli oduğunu deyirlər.
Müəmmalı yanğın hadisəsi baş verən evin sahibi Nurəli Əsgərov gözdən əlildir. Elə ilk alovda məhz ağsaqqalın yatdığı otaqda baş verib. Ailə üzvləri ilk əvvəl alovun ehtiyatsızlıqdan baş verdiyini düşünsələr də, ikinci mərtəbədəki otaqlarda qeydə alınan yanğın sakinləri təəccübləndirib. Onlar hadisə baş verən ərazilərdə elektrik və qaz xətlərinin olmadığını, yanğının hər hansı varlıq tərəfindən törədildiyini iddia edirlər.
Qeyd edək ki, son vaxtlar Qərb bölgəsinin sakinləri belə qeyri-adi yanğınlara daha çox şahidlik edirlər. Əşyaların qəfildən alovlanması Ağstafa ilə yanaşı Tovuz və Qazax rayonlarında da qeydə alınıb. Amma hələ ki, bunların səbəbini müəyyənləşdirmək mümkün olmayıb. (Region TV)
Sorğu
Yeni dizaynımız necədir?