Tərtər rayonunda yaşayış evinin sakinləri zəhərli ilanların hücumuna məruz qalıb. "Report" xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində baş verib. Belə ki, kənd sakini Çingiz Qarayevə məxsus evə ilanlar daxil olub. Sürünənlər daha çox evin tavan hissəsində və ya döşəmənin kənarlarında hərəkət edir. İlanlardan bir neçəsini öldürən ev sahibi artıq çıxılmaz vəziyyətdə qalıb. Qarayevlər ailəsi evdə yaşamaqdan qorxduqlarından, həyətyanı sahədə sığınacaq quraraq orada gecələyirlər. Ev sahibi ilanların coxalmasını ermənilər tərəfindən işğal olunan Azərbaycan ərazilərində tez-tez yanğınların törədilməsi ilə əlaqələndirib: "Çünki yanğınlardan sonra ilanlar təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə üz tuturlar".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?