Xızı rayonunun Dizəvər yaylağında baş vermiş yanğınnın əhatə dairəsi genişlənib. Artıq meşə fondu da yanır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Xəbərdə deyilir ki, küləkli hava şəraiti ilə əlaqədar yanğın meşə fondu torpaqlarına keçib.
Yanğının daha geniş əraziyə keçməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?