GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ABŞ prezidentliyinə iddiaçı Ziya Məmmədovun oğlundan 2,5 milyon dollar alıb

ABŞ prezidentliyinə iddiaçı Ziya Məmmədovun oğlundan 2,5 milyon dollar alıb

Tarix: 30-07-2015, 23:45 Bölmə :Ölkə Baxış: 0
ABŞ prezidentliyinə iddiaçı Ziya Məmmədovun oğlundan 2,5 milyon dollar alıbABŞ-da respublikaçıların prezidentliyə hazırda ən reytinqli iddiaçısı olan tikinti maqnatı, milyarder Donald Tramp azərbaycanlı oliqarx Anar Məmmədova görə kəskin tənqidə məruz qalıb. “Mother Jones” jurnalı son buraxılışında “Donald Tramp mübahisəli azərbaycanlı oliqarxla ortaq biznes qurub” başlıqlı araşdırma dərc edib.
“Mother Jones” həftənin 7 günü, sutkanın 24 saatı operativ xəbərlər yayan qeyri-kommersiya online jurnalıdır. Ayda iki dəfə çap versiyası çıxır və 8 milyon tirajla satılır.
Jurnal yazır ki, Donald Tramp “öz vəzifəsindən ailəsinin varlanması üçün istifadə etməkdə” ittiham olunan Azərbaycan hökumət məmurunun oğlu ilə əməkdaşlıq edir.
Donald Trampın adını daşıyan dəbdəbəli otellər dünyanın bir çox şəhərlərində var. Ancaq onlardan biri diqqəti xüsusi cəlb edir.
“Bu da neftlə zəngin Azərbaycanın paytaxtında ucalan “Tramp Hotel”dir. Trampın biznes-müttəfiqi 34 yaşlı pleyboy-milyarderdir, onun atası Azərbaycanın nəqliyyat naziridir. KİV-lərin yazdığına görə, Məmmədovların sərvəti atasının siyasi əlaqələrinin nəticəsidir”- deyə jurnal yazır.
“Mother Jones” qeyd edir ki, neft milyardları sayəsində Bakı son onillikdə tanınmaz dərəcədə dəyişib. Bir-birinin ardınca ucalan göydələnlərdən biri də yelkən formasında tikilən 33 mərtəbəli “TrampTowers” otelidir. Otelin əvvəlcə ötən ay açılması planlaşdırılmışdı, lakin otelin mətbuat katibi deyib ki, açılış bu ilin sonunda olacaq.
2014-cü ildə D.Tramp bəyan edib ki, “Trump İnternational Hotel & Tower Baku” “Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir. D.Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı otel də ona məxsus deyil. Bina Məmmədovun nəzarət etdiyi “Garant Holding” tərəfindən tikilib və onun şirkətinə məxsusdur.
Lakin Tramp adının bu oteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komissiyon qazanıb. ABŞ prezidentliyinə iddiaçı kimi bu yaxınlarda açıqladığı maliyyə hesabatına əsasən Donald Tramp ən azından ötən il Bakıdakı otellə bağlı işlərə görə 2,5 milyon dollar alıb. Otel Trampın dəbdəbəli otellər zəncirinin bir hissəsi kimi idarə olunacaq.
Maliyyə sənədlərindən məlum olur ki, Anar Məmmədovun otelini idarə etmək üçün “THC Baku Hotel Manager Services LLC”, “THC Baku Hotel Manager Services Member Corp.” , “THC Baku Services LLC” və “THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir.
“Mother Jones” qeyd edir ki, Donald Trampın mətbuat katibi onun Anar Məmmədovla işgüzar münasibətlərinə dair suallara cavab verməkdən imtina edib.
“Anar Məmmədov isə dəyəri 1 milyard dollardan çox olan “Garant Holding”in idarə heyətinin sədridir. Onun atası Ziya Məmmədov Azərbaycan hökumətinin ən güclü və nüfuzlu məmurlarından biri hesab olunur”- deyə jurnal yazır.
Məqalədə Məmmədovun ABŞ-dakı lobbiçilik fəaliyyəti də xatırladılır.
“Tramp kimi Məmmədov da koloritli fiqurdur. Təhsilini Londonda alıb, ölkəsinin qolf federasiyasının rəhbəridir və öz veb-saytında iddia edir ki, “liderlik, qərarların qəbulu, strategiyalar, beynəlxalq işlər, siyasət, rabitə, insan haqları, ətraf mühitin mühafizəsi, vəsaitlərin cəlb edilməsi, ictimaiyyətlə əlaqələr, sponsorluq münasibətləri və publika qarşısında çıxışlar” sahəsində geniş təcrübəyə malikdir”- deyə məqalədə bildirilir.
Amerika jurnalı Məmmədovun adının Azərbaycanın müxalifət qəzetlərində tez-tez qalmaqallarda çəkildiyini də yada alır. Bura onun 1 milyon dollara ayı kəsdirib ətini kabab bişirməsi barədə məşhur iddia da daxildir. Məmmədov bu hekayələri dəfələrlə təkzib edib və ondan yazan qəzetləri məhkəməyə verib.
“Mother Jones” A.Məmmədov haqda sualları onun lobbi təşkilatına – Azərbaycan Amerika Alyansına göndərib, lakin suallara cavab verilməyib.(virtualaz.org)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun oğlundan iqtidara şok aprel xəyanəti - Təfsilat

    Ziya Məmmədovun oğlundan iqtidara şok aprel ...

    16-03-2018, 15:07

  • 
  • Donald Tramp Federal Ehtiyat Sistemini "dəli olmaq"da ittiham edib

    Donald Tramp Federal Ehtiyat Sistemini "dəli ...

    11-10-2018, 10:42

  • 
  • Tramp vergidən yayınmada ittiham edilir

    Tramp vergidən yayınmada ittiham edilir ...

    3-10-2018, 12:55

  • 
  • Tramp özəl xeyriyyə fondunu bağlayıb

    Tramp özəl xeyriyyə fondunu bağlayıb ...

    19-12-2018, 21:22

  • 
  • Tramp porno aktrisadan 20 milyon tələb edir

    Tramp porno aktrisadan 20 milyon tələb edir ...

    17-03-2018, 12:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu