GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » PUTİN RUSİYASI 1200 TONLUQ QIZIL TƏLƏSİNDƏ – İmperiya üçün vəziyyət dramatikdir!

PUTİN RUSİYASI 1200 TONLUQ QIZIL TƏLƏSİNDƏ – İmperiya üçün vəziyyət dramatikdir!

Tarix: 31-07-2015, 00:17 Bölmə :Ölkə Baxış: 0
PUTİN RUSİYASI 1200 TONLUQ QIZIL TƏLƏSİNDƏ – İmperiya üçün vəziyyət dramatikdir!

İdeologiyaya görə hesab ödəmək lazımdır. Hal-hazırda Vladimir Putin bu faktı mütləq nəzərə almalıdır. Uzun illərdir ki, Rusiya prezidenti Qərbin asılılığından yaxa qurtarmağa can atır. Elə bu səbəbdən də, Putin dövlətə məxsus valyuta ehtiyatının, əsas etibarı ilə, dollarda saxlanmasını qəbul etmək istəmir və alternativ axtarır. (Die Welt)

Moskva Krım böhranından sonra, öz əhəmiyyətinə görə ikinci qlobal valyuta sayılan avroya da ehtiyat valyuta kimi baxmaqdan vaz keçib. Çinin pul vahidi yuan isə, beynəlxalq arenada konvertasiya olunmadığı (sərbəst dəyişilmə) üçün onu ehtiyat valyuta kimi istifadə etmək olmaz. Ona görə də, Putinin yalnız bir variantı qalıb ki, bu da qızıl toplamaqdan ibarətdir. Çünki bu nəcib metal üçün heç bir rəqib qorxulu sayıla bilməz. Beləliklə, Kreml məqsədli şəkildə qızıl alaraq, ehtiyatını artırmağa başladı.

Rusiya 2007-ci ildən indiyədək, öz qızıl ehtiyatını üç dəfə artırıb. Əgər səkkiz il bundan əvvəl onların əlində 400 ton qızıl vardısa, artıq indi bu xəzinənin miqdarı 1257 tondur. 2015-ci ilin iyun ayında qızıl ehtiyatı əlavə olaraq, 24,2 ton da çoxalıb. Rusiya dünyada qızıl ehtiyatına görə altıncı yerdə qərarlaşıb. Qızıl ehtiyatına görə Rusiyadan öndə gələn ölkələr sıra ilə ABŞ, Almaniya, İtaliya, Fransa və Çindir.

Lakin gözlənilmədən Kremlin yeni rəqibi peyda olub. Bu rəqib, öz məqsəd və maraqlarını bütün dünyada irəli çəkmək naminə son dövrlər dollardan aktiv istifadə edən Ağ Ev deyil. Haqqında danışılan həmin rəqib maliyyə bazarlarının şıltaqlığıdır. Bazarın bu xüsusiyyəti Putinin Qərbdən asılılıqdan qurtarma yürüşünü çox bahalı bir macərəya döndərir. Sərmayəçilər üçün bu nəcib metal dəbdən düşüb. Ona görə də hazırda Putin xammal birjalarındakı burulğana bənzər hərəkətlər sayəsində dövlətin qızıl ehtiyatının necə azalmasını izləməyə məcburdur. Son dövrlər qızılın qiyməti xeyli aşağı düşüb. Bir unsiya qızılın qiyməti 1100 dollardan da ucuzdur. Belə bir hadisə 2010-cu ildə də müşahidə olunmuşdu.

PUTİN RUSİYASI 1200 TONLUQ QIZIL TƏLƏSİNDƏ – İmperiya üçün vəziyyət dramatikdir!

Putin üçün xoşagəlməz vəziyyət ondan ibarətdir ki, 2014-cü ilin əvvəlindən indiyədək qızıl öz dəyərinin beşdə birini itirib və bu Rusiya prezidentinin Krım böhranı ilə əlaqədar sürətli qızıl alışına girişdiyi dövrə təsadüş edir.
Putinin imperiyası üçün vəziyyət dramatikdir: 2011-ci ildə Rusiyadakı ehtiyat qızılının ümumi dəyəri 45 milyard dollar idi. O dövrdən indiyədək Putin nəcib metalın ehtiyatını 439 ton artırıb. Ancaq bu əziyyətə baxmayaraq, indiki halına görə qızılın qiyməti heç bir sent də qaxmayıb.

Qızılın qiymətdən düşməsi Putinin iqtisadi tənəzzülün tezliklə keçib gedəcəyinə ümid bəslədiyi bir vaxta uyğun gəlir. İndi qızılın qiyməti Kreml rəhbərinin planlarının üstündən xətt çəkir. Hal-hazırda dünyadakı bütün xammal məhsulları böhran vəziyyəti keçirir. Bunu 22 xammal məhsulunun satışının fyuçersi (gələcək satış indeksi) “Bloomberg Commodities İndex” də təsdiq edir. Bu indeksə qızıl, mis, şəkər də daxildir. İndi həmin indeks son 12 ilin ən aşagı göstəricisi səviyyəsindədir.

Bəllidir ki, Rusiya iqtisadiyyatının böyük bir hissəsi xammal ixracından asılıdır. Sanksiyalar tətbiq olunmamışdan əvvəl də neft, qaz və müxtəlif çeşidli faydalı qazıntılar, ölkənin ümumi ixracının dörddə üçünü təşkil edirdi. Əgər bu mənbələrin valyuta gəlirliyinin effektivliyi azalarsa, onda Putin öz maliyyə ehtiyatlarından daha çox asılı olacaq. Putin yalnız böyük qızıl-valyuta ehtiyatları hesabına Qərblə münaqişəyə girməyi özünə rəva görə bilər. Qərblə ciddi fikir ayrılığı yaranandan indiyədək Rusiya Mərkəzi Bankı özünün valyuta ehtiyatından, şirkətlərin dollar kreditlərinin öhdəsindən gələ bilməsi üçün onlara 150 milyard dollar həcmində vəsait ayırıb.

Son 15 ay ərzində ölkə, 200 milyard dollar həcmində kapital axını ilə üzləşib. Qaçan kapitalın yeri bir tərəfdən neft satışından əldə olunan gəlirlər, digər tərəfdən isə valyuta ehtiyatından götürülən pulla doldurub. Əgər ölkənin valyuta ehtiyatı olmasaydı, indi o çoxdan iflas bayrağını qaldırmışdı.

Hər şey daha da pis ola bilər. ”Goldman Sachs” investisiya bankının proqnozuna görə, qızılın qiyməti 1000 dollardan da aşağı düşə bilər. ”Goldman Sachs”-ın analitiki Ceffri Karri bu barədə deyib: ”Dollar güclü valyuta kimi qalmaqda davam edəcək və qızılın bir valyuta əvəzləyicisi kimi əhəmiyyəti azalacaq”.

Ümumiyyətlə isə, tamamilə aydındır ki, Putinin Qərb valyutalarından imtina etmə planı özünü qətiyyən doğrultmur. Ancaq geriyə yol yoxdur. Hazırda Rusiya qızılın əsirinə çevrilib. Milyardlarla dollar qızıl üçün xeyli pul sərf edilib və onları lazım olmadığ vaxt xərcləmək heç də asan məsələ deyil. Əgər Putin qızıl ehtiyatının bir hissəsini satmaq istəsə, onda onun qiyməti sürətlə aşağı düşəcək və nəticədə ölkəyə dəyən ziyan daha da artacaq. Ona görə də, Rusiya prezidenti belə bir hərəkətə yol verə bilməz.

Deməli, Putin əvvəlki kimi anti-Qərb kursunu davam etdirərək, rusların sevimli prezidentinin ideologiyasının necə baha başa gəlməsindən onların xəbərsiz olmasına ümid bəsləyəcək.

Vaqif NƏSİBOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Neft Fondu qızıl ehtiyatını Mərkəzi Bankdan çıxarır

    Neft Fondu qızıl ehtiyatını Mərkəzi Bankdan ...

    19-11-2015, 19:23

  • 
  • Azərbaycan bütün qızıl ehtiyatını satıb

    Azərbaycan bütün qızıl ehtiyatını satıb ...

    3-08-2017, 19:28

  • 
  • Azərbaycan 2 ton qızıl satıb

    Azərbaycan 2 ton qızıl satıb ...

    10-03-2017, 21:14

  • 
  • Rusiya iqtisadiyyatı çökür: Putin “böyük dövlət” siyasətinin qurbanı ola bilər

    Rusiya iqtisadiyyatı çökür: Putin “böyük dövlət” ...

    26-08-2019, 12:00

  • 
  • Elman Rüstəmov qorxulu məzənnə və valyuta anonsu verdi

    Elman Rüstəmov qorxulu məzənnə və valyuta anonsu ...

    13-10-2015, 14:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu