“Son zamanlar intihar gənclər arasında bir yarış halına çevrilib. Bunun qarşısını almaq üçün ciddi şəkildə işlər görülməlidir”.
Bu sözləri İstanbulda yaşayan şairə Könül Ordubadi son günlər intihar hadisələri ilə bağlı fikirlərini şərh edərkən bildirdi. “Bu gün ölkənin əksər saytları intiharla bağlı xəbərlər paylaşır. Bunun cəmiyyət üçün mənfi təsirləri var. Sankı gənc nəslin iradəsi ölü ruha çevrilib. Bu cəmiyyət üçün siqnal olmalıdır. Baş verənlər onu göstərir ki, gənclərin psixi inkişafları zəifdir. Bunun üçün orta məktəblərdə və ali məktəblərdə bu məsələ ilə bağlı ciddi işlər görülməlidir. Valideynlər övladları ilə dost olmalıdırlar. Onların fikirlərini öyrənməli və dəstək olmalıdırlar”.
Şairə bəzən internetin insanların psixologiyasına mənfi təsir etdiyini düşünür.
“Unutmaq olmaz ki, İnternet inkişaf deməkdir. Dünyada baş verən yenilikləri internetlə əldə etmək mümkündür. Çox təəssüf ki, bizim cəmiyyət hələ buna hazır deyil. Gənclərimiz bundan düzgün yararlanmırlar.
Bunun üçün valideynlər övladlarını telefon, internetdən uzaq olmaları üçün əllərindən gələni etməlidirlər. Çünki, bu sonradan gənclərdə ünsiyyətin qurulmasında da müəyyən problemlərin yaranmasına səbəb olur. Onları real həyatdan uzaq tutur”,-deyə şairə əlavə etdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?