Türkiyə hərbi təyyarələri İraqın şimalındakı PKK hədəflərini yenidən bombalayıb. 28 ədəd "F-16"-nın iştirak etdiyi əməliyyata, "Şəhid Həmzə Yıldırım" adı verilib.
Əməliyyat zamanı 100-dən çox hədəf vurulub. PKK-ya aid 15 mağara, 4 yeraltı sığınacaq, 2 silah deposu və digər hədəflər vurulub. 260-dan çox terrorçunun öldürüldüyü, 380-400 terrorçunun isə yaralandığı deyilir. Yaralılar arasında HDP (Xalqların Demokrat Partiyası) sədri Səlahəttin Dəmirtaşın qardaşı da var.
Ölkə daxilində isə həbs edilənlərin sayı hər gün daha da artır. Müxtəlif bölgələrdə terrorçuların xain tələlərinə qarşı əməliyyatlar keçirilib və ümumlikdə 5 terrorçu öldürülüb. Öldürülənlər arasında Türkiyə bayrağını tapdalayaraq şəkil çəkdirən PKK tərəfdarı da var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?