Yaxın günlərdə təmas xəttinə yaxın bölgələrdə hərbi həyacan siqnalının veriləcəyi gözlənilir
Avrasiya.net-ə daxil olan məlumatda deyilir ki, fevralın 25-də fövqəladə vəziyyət gözlənilir. Mənbə bunu Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarmaq üçün müharibəyə başlayacağı kimi də ehtimal edir. Görünür rəsmi Bakı artıq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkünsüzlüyünü, Minsk qrupunun isə vasitəçiliyinin heç bir səmərə verməyəcəyini, işğalçı Ermənistanın isə destruktiv mövqeyindən əl çəkməyəcəyindən bu qərara gəlib. Onu da qeyd edək ki, Azərbaycanın müharibəyə başlaması və işğal edilən torpaqları geri qaytarmaq üçün yetərincə gücünün olmasını erməni tərəfi də dəfələrlə bəyan edib. Bu sırada ordunun güclənməsi ilə yanaşı, ölkənin silah istehsalı və xaricdən silah alması da əsas götürülüb. Mənbənin bildirdiyinə görə, rəsmi Bakı fevralın 26-da Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində müharibənin başlayacağını bəyan edə bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?