Xaçmazda bir nəfər dənizdə batıb, iki nəfər isə xilas olunub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonu, Müqtədir qəsəbəsində 3 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. FHN-nin dalğıc-xilasediciləri onlardan ikisini xilas edib. Bir nəfərin isə axtarışlarına başlanılıb. Bir müddət sonra 2000-ci il təvəllüdlü Abbasov Kamran Tofiq oğlunun cəsədi "Seyidli" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq çıxarılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?