Avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində DİN Cinayət-Axtarış Baş İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş həyat yoldaşı və uşaqlarını saxta sənədlə ölkədən çıxarmaqda təqsirləndirilən 14 nəfərə hökm oxunub.
Namiq Camalov 8 il, Pənah Dadaşov və Raqib İsbəndiyarov 3 il azadlıqdan məhrum ediliblər. Yerdə qalan 11 nəfərə isə şərti cəza verilib.
DİN Cinayət-Axtarış Baş İdarəsinin rəisi Emin Şəkinski keçmiş həyat yoldaşının övladlarını ölkədən saxta sənədlə çıxarması haqda ərizə verib.
Bundan sonra Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə iş açılıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub. Onların cinayət işi ayrıca icraata verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?