Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində daha bir oğurluq hadisəsinin üstünü açıblar. gundemxeber.az Kəpəz TV-yə istinadən bildirir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 9-da rayon sakini Vilayət Bədəlovun evindən 900 manat və mobil telefon oğurlayan Şəmkir sakini İlkin Abbasov tutulub. Hazırda polis saxlanılan şəxsin digər cinayətlərdə əlinin olub-olmamasını araşdırır. Faktla bağlı cinayət işi açılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?