16 avqust 2015-ci il tarixdə “gundemxeber.az” saytında işıq üzü görmüş “Rektorun korrupsiya şəbəkəsinin şok detalları” başlıqlı açıqlamada, “Kapital Bank”la bağlı müəyyən məqamlardan bəhs olunmuşdur. Açıqlamada bildirilirdi ki, Texnologiya Universitetində təhsil alan tələbələrin illik pulları, “Kapital Bank”ın Gəncə filialına saxta arayışlar verməklə mənimsənilib. İstintaq orqanı əməkdaşları, universitet tələbələrini dindirərkən belə bir faktın varlığını aşkarlayıblar. Aparılan araşdırmalar zamanı o da məlum olub ki, tələbələrin illik pulları “Kapital Bank”ın Gəncə şəhər filialına daxil olmamış, yalnız “Kapital Bank”ın adından saxta arayışları tələbələrə verməklə, pullarını mənimsəyə biliblər. Dərc olunmuş açıqlama ilə əlaqədar, qarşı tərəflərdən biri olaraq “Kapital Bank”dan problemin varlığına belə bir münasibət bildirildi. Bankın mövqeyini olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
Azərbaycan Texnologiya Universitetində ödənişli əsaslarla təhsil alan tələbələrə müəyyən şəxs tərəfindən Kapital Bank adından saxta arayışların hazırlanaraq təqdim edilməsinə görə Kapital Bank heç bir məsuliyyət daşımır.
Arayışlarla bağlı nəzərinizə çatdırırıq ki, Kapital Bankın 89 rayon və şəhər filialının hər birində müştərilərə ödənişin həyata keçirildiyini sübut edən təsdiqedici sənəd verilir və ödəniş haqqında məlumatlar yenidən lazım olduğu halda, sənəd təkrarən təqdim edilə bilər. Bu işlə əlaqədar Kapital Bankın Gəncə filialında daxili araşdırma aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb. Fəaliyyətində şəffaflığı əsas prinsip kimi rəhbər tutan Kapital Bank, adının bu işdə hallanmasını qəti şəkildə yolverilməz hesab edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?