Gənc qız yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Xəzər Rayon Polis İdarəsinin I polis bölməsindən ANS TV-yə verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsində yaşayan 18 yaşlı Budaqova Türkanə Əlizadə qızı yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Onun əlamətləri belədir: boyu 146 sm, normal bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır.
Evdən çıxarkən Budaqova Türkanə Əlizadə qızının əynində zolaqlı paltar və yay ayaqqabısı olub.
Budaqova Türkanə Əlizadə qızını görənlərdən və ya onunla bağlı hər hansı məlumatı olanlardan bu barədə 012-454-22-22 və 012-454-19-17 şəhər nömrələrə zəng vurmaları xahiş olunur.
Sorğu
Yeni dizaynımız necədir?