Süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri barəsində qanunamüvafiq tədbirlər görüləcək
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərini davam etdirir.
Nazirlikdən APA-ya verilən məlumata görə, son günlər bir sıra istehlak mallarının qiymətinin artması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar üzrə də Dövlət Xidməti tərəfindən istehlak bazarında araşdırmalara başlanılıb.
Nəzarət tədbirləri və araşdırmalar zamanı qanun pozuntusu, o cümlədən süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri barəsində qanunamüvafiq tədbirlər görüləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?