T-72B ekipajları sürətli startda sprint bacarığını məşq edirlər. Ermənistan Respublikasında yerləşən Rusiyanın Cənubi Hərbi Dairə (CHD) bazasında, yüksəklikdə yerləşən “Alagöz”təlim-məşq kompleksində tank ekipajlarının “Tank biatlonu”- “Tank sprinti” üzrə ordu yarışlarının elementlərindən biri üzrə təlimləri başlayıb. Oxu.az CHD-nin mətbuat xitmədinə istinadən xəbər verir ki, iki həftə ərzində davam edəcək təlimlərə 100 hərbçi cəlb edilib. T-72B tankının ekipajları yüksək dağlıq və isti iqlim şəraitində – slalom (ilan), çay keçidi, təpə (sərt yoxuş), körpü, tank əleyhinə çuxur, maneələrin dəf edilməsi, spirint bacarıqlarını öyrənəcəklər. Atəş hazırlığında tankçılar 125 mm-lik avtomatik topun sürətli doldurulmasını, peyda olan hədəflərin aşkar edilməsini və 1,5-2 min metr məsafədə olan hədəflərin dəqiq məhv edilməsi üzrə məşqlər keçəcəklər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?