GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Astarada atasını öldürüb, qulağını kəsdi– Dəhşətli cinayətin təfərrüatı

Astarada atasını öldürüb, qulağını kəsdi– Dəhşətli cinayətin təfərrüatı

Tarix: 24-08-2015, 14:32 Bölmə :Ölkə Baxış: 0
Astarada atasını öldürüb, qulağını kəsdi– Dəhşətli cinayətin təfərrüatı

Astara rayon sakini, 1991-ci il təvəllüdlü İlkin Əhmədov atası, 47 yaşlı Mahir Əhmədovu bıçaqlayaraq öldürüb. Femida.az xəbər verir ki, 2013-cü ilin sentyabrında baş vermiş bu hadisənin motivində Mahir Əhmədovun spirtli içkilərə meyilli olması durur.

Mahir hər gün yaşadığı Astara rayonu, Maşxan kəndindəki evinə sərxoş gəlib. O, mütəmadi olaraq həyat yoldaşı Gülbahar Əhmədovanı, oğlu İlkin də daxil olmaqla, həmin ünvanda yaşayan digər ailə üzvlərini nalayiq sözlərlə təhqir edib.
Azyaşlı oğlunun gözü qarşısında atasını öldürdü

Növbəti dəfə — 27 sentyabr 2013-cü il tarixdə, saat 17 radələrində Gülbaharın evə gec gəlməsini bəhanə edən Mahir onunla mübahisə edib. Sərxoş olan Mahir bunu bəhanə edərək arvadının ünvanına nalayiq sözlər işlədib.

Mahir bıçaqla arvadını hədələyib. İlkin Əhmədov atasının bıçağı Gülbaharın boğazına dirədiyini görüb və bıçağı atasının əlindən alıb. Atasının əlindən bıçağı alan İlkin ondan qisas alaraq qətl hadisəsini törətmək qərarına gəlib. İlkin həmin bıçaqla kiçik qardaşı Çoşqunun, həmçinin anası Gülbaharın, azyaşlı oğlu Barışın gözləri qarşısında atasına 22 bıçaq zərbəsi vurub.

Üç uşaq anası qatil oğlunu həbsdən xilas etmək istədi

Hadisədən sonra Gülbahar Əhmədova Astara Rayon Polis Şöbəsinə gedərək ərini bıçaqlayaraq öldürdüyünü deməklə məsuliyyəti öz üzərinə götürüb.

3 uşaq anası olan 1970-ci il təvəllüdlü Gülbahar Ağaşan qızı Əhmədova cinayəti boynuna götürsə də, araşdırmalardan sonra qətlin 22 yaşlı oğlu tərəfindən törədildiyi müəyyənləşdirilib. İlkin Əhmədov tutularaq istintaq orqanlarına təhvil verilib.

İlkin Əhmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mehdixan Abdullayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Atam bıçağı anamın boğazına dirədi”

İlkin Əhmədov bildirib ki, sentyabrın 27-də, saat 16 radələrində anası pasport almaq üçün Lənkəran şəhərinə gedib və gec qayıtdığı üçün anası ilə atası mübahisə edib: “Səs-küyə evdən çölə çıxdıqda anamın hasarın dibində oturduğunu gördüm. Atam isə anamı nalayiq ifadələrlə təhqir etdikdən sonra iş otağına keçdi və səsdən onun cihazda nə isə itilədiyini başa düşdüm. Bir neçə dəqiqə sonra atam həyətdə oturmuş anamın yanına gəldi və cibindən qara dəstəkli bıçaq çıxararaq boğazına dirədi”.

“Atamın qulağını kəsdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt anası Gülbahar əli ilə bıçağı tutub: “Bu zaman bıçaq anamın əlini kəsdi. Yanımızda olan qardaşım Coşqun bıçağı atamın əlindən almaq istəsə də, gücü çatmadığından özüm onlara yaxınlaşdım və atamın bıçaq olan əlindən tutdum. Bıçağı atamın əlindən almaq istədim. Bu zaman atam əlini fırlatdı və bıçaq əlində ola-ola qarnına batdı. Dərhal bıçağı atamın əlindən alaraq qulağının arxa nayihəsinə bir zərbə vurdum. Atamın qulaq nayihəsini kəsdiyim üçün qan fışqırdı. Bundan sonra sayını dəqiq bilməsəm də, atama bir neçə bıçaq zərbəsi endirdim. Məni atamdan anam Gülbahar, qardaşım Coşqun ayıraraq kənara itələdilər. Sonra bıçağı şalvarımın yan cibinə qoydum. Bu zaman atam yaxınlıqda olan baltanı götürdü və üstümə gələrkən çoxlu qan itirdiyinə görə yerə yıxıldı. Sonra qonşular gələrək atamı maşınla xəstəxanaya apardılar. Cibimdə olan bıçağı harasa tulladım”.

“Mahir küçə söyüşləri söyərək, mənə yumruq və təpiklə zərbələr vurdu”

Cinayət işi üzrə şahid qismində ifadə verən Gülbahar Əhmədova məhkəmə istintaqı zamanı vəfat edib. Bu səbəbdən də Gülbahar Əhmədovanın istintaqa verdiyi ifadəsi məhkəmə baxışında elan edilməklə tədqiq edilib. O, ifadəsində göstərib ki, əvvəllər bir neçə dəfə Mahir içkili vəziyyətdə onu döyərək xəsarət yetirib, sonradan araşdırma zamanı şikayətindən imtina edib: “27 sentyabr 2013-cü il tarixdə pasport almaq üçün Lənkəran şəhərinə getmişdim. Lakin sənədlər tam hazır olmadığından pasport ala bilmədim. Saat 16 radələrində evə gəldim. Evdə ərim, gəlinim və oğlanlarım olub. Mahir artıq sərxoş idi. Mahir məndən pasportu alıb-almadığımı soruşdu. Pasportu almadığımı biləndə küçə söyüşləri söyərək mənə yumruq və təpiklə zərbələr vurmağa başladı”.

“Gəlinim Mahirin yenə də araq içdiyini bildirdi”

Şahidin sözlərinə görə, bu zaman balaca nəvəsi ağlayaraq onun yanına gəlib: “Nəvəmin ağlamasına baxmayaraq, Mahir hərəkətlərini dayandırmadı və məni vurmaqda davam etdi. Kiçik oğlum Coşqun atasını dayandırmaq üçün ona yalvarmağa başladı. Bu vaxt həyətə düşərək polisə zəng edəcəyimi bildirdim, oğlum Coşqun da yanıma gəldi, sakitçilik olduğundan gəlinim Sevildən nə baş verdiyini soruşdum. Gəlinmim Mahirin yenə də araq içdiyini bildirdi. Həyətdə olduğum vaxt Mahirin öz kabinetində nə isə itilədiyini eşitdim. Bunu eşidən kimi Coşquna bildirdim ki, Mahir birdən bıçaq itiləyər. Sonra Mahir həyətə düşərək mənə yaxınlaşanda qaçmaq istədim. Mahir dedi ki, qorxma, səninlə işim yoxdur, döyməyəcəm, sənə sözüm var.

Buna baxmayaraq, yaxınlaşaraq saçımdan tutdu və məni geri çəkdi. O, dəmir darvazanın yanında mişar daşlarının üstündə oturmağımı tələb etdi. Mahir Lənkərandan gec gəldiyimi bəhanə edərək söyüşlər işlətdi və yumruğu, dirsəyi ilə mənə zərbələr vurdu. Onun əlindən çıxmaq istədikdə, yenidən hasarın dibində olan daşların üstündə oturmağa məcbur etdi”.

“Ərimi öldürdüyümü deməklə oğlumu məsuliyyətdən xilas etmək istədim”

Gülbahar Əhmədova bildirib ki, növbəti dəfə Mahirin əlindən çıxmaq istəyib: “Bu zaman Mahir saçlarımdan tutaraq bıçağı çıxardı. Mahir bıçağı boynuma yaxınlaşdırmaq istədi. Bu zaman əlimlə bıcağın iti yerindən bərk sıxıb bıçağın boynuma yaxınlaşmasının qarşısını aldım. Orada olan oğlum Coşqun atasını sakitləşdirmək istədi. Mahir Çoşquna məhəl qoymadı. Həmin vaxt böyük oğlum İlkin də iki yaşlı nəvəm Barışla bizdən bir qədər aralıda həyətdə olub. İlkin uşağı qucağından yerə qoyaraq bizə yaxınlaşdı. Bu zaman mən Mahirin əlindən çıxdım. Həmin vaxtı İlkin Mahirin bıçaq olan əlini tutdu və bıçağı Mahirə tərəf çevirəndə boğazına dəydi. Mahirin boğazından qan fışqırdığından həyəcanımdan onlara tərəf baxa bilmədim. İlkinin Mahirə neçə bıçaq zərbəsi vurduğunu görməmişəm. Həmin vaxtı oğlum Coşqun da orada olub. Çoşqun İlkinin əlindən bıçağı alaraq həyətdə hasarın dibinə tullayıb. Sonra Mahir baltanı götürərək İlkinin üzərinə gəldi. Bu zaman mən küçəyə qaçaraq qonşuları köməyə çağırdım. Qonşular Mahiri xəstəxanaya aparıb. Mən də xəstəxanada olarkən polislərə ərim Mahiri özüm öldürdüyümü və bıçağın atıldığı yeri dedim. Ərimi öldürdüyümü deməklə oğlumu məsuliyyətdən xilas etmək istədim. Lakin üzləşmə zamanı İlkin hadisəni olduğu kimi danışdı”.

“Həmin səhnədən mənən sarsılmışam və əzab çəkmişəm”

Şahidin sözlərinə görə, oğlu cinayəti etiraf edəndən sonra düzgün ifadə verib: “Oğlum İlkin Mahiri bıçaqla vurub. Bu hadisəni oğlum Coşqun və İlkinin iki yaşlı uşağı Barış görüb. Mahirin məni incitməsinə baxmayaraq, onun ölməsini istəməmişəm. Bu hadisə mənə çox pis təsir edib. Həmin səhnədən çox mənəvi sarsılmışam və əzab çəkmişəm. Həmin hadisə uşağın da psixikasına pis təsir edib və uşaq bir neçə gün rahat yata bilməyib. Oğlum İlkinin ərim Mahiri bıçaqla vurması və ərimin qan itirərək ölməsi – hadisənin bu cür yekunlaşmasını arzu etməmişəm. Mahir nə qədər mənə qarşı pis olsa da, onun öldürülməsi mənə pis təsir edib”.

Məhkəmənin hökmü ilə İlkin Əhmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İlkin Əhmədovun vəkili apelyasiya şikayəti verərək, müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib. Müdafiə tərəfinin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, İlkin Əhmədovun apelyasiya şikayəti təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mahi̇r Mədətovun atasının xanım aparıcı i̇lə elə görüntüləri̇ yayıldı ki̇…

    Mahi̇r Mədətovun atasının xanım aparıcı i̇lə elə ...

    24-11-2018, 12:13

  • 
  • Astarada 2 uşaq atasının faciəvi ölümü — VİDEO

    Astarada 2 uşaq atasının faciəvi ölümü — VİDEO ...

    31-08-2017, 11:48

  • 
  • Sərxoş atasını 20 bıçaqla qətlə yetirən gənc MƏHKƏMƏ QARŞISINDA

    Sərxoş atasını 20 bıçaqla qətlə yetirən gənc ...

    23-06-2017, 13:12

  • 
  • Bakıda kişi arvadını bıçaqladı

    Bakıda kişi arvadını bıçaqladı ...

    14-11-2013, 11:30

  • 
  • Şamaxıda dəhşət! Qardaş 16 yaşlı bacısının başını kəsdi

    Şamaxıda dəhşət! Qardaş 16 yaşlı bacısının başını ...

    31-07-2013, 13:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu