Təmizlik İdarəsinin rəisi İbad Müslümov bütün qəsəbəni zəbt edib
Binəqədi rayonunun Biləcəri qəsəbəsində Şəhidlər bulağını söküb, yerində ikimərtəbəli çayxana tikiblər. Bu barədə JAM.AZ-a qəsəbə sakini Ziba İmanova məlumat verib.
O bildirib ki, Şəhidlər bulağını sökərək, yerində çayxana tikidirən şəxs isə elə Biləcəri qəsəbəsi üzrə Təmizlik İdarəsinin rəisi İbad Müslümovdur.
Sakin qeyd edir ki, Biləcəri Meydanı ərazisində, Yəhya Hüseynov küçəsində Vətən Uğrunda Şəhid olanların xatirəsi üçün dövlət tərəfindən inşa edilmiş bulağın sökdürülməsi hamının hiddətinə səbəb olub. Və İman Müslümovun ikimərtəbəli çayxana inşa etməsinin iəs başlanğıc olduğunu bildirib.
Qəsəbə sakini vurğulayır ki, bu idarə rəisinin ilk işi deyil. Onun qohumları üçün də Biləcərini zəbt etdiyi deyir. «Bu adam Biləcəri qəsəbəsini bütünlüklə zəbt edib. Çayxanadan əlavə, İbad Müslümova, qohumlarına və övladlarına məxsus bir neçə villası da var».
Ziba İmanova Biləcəri qəsəbəsinin bir qrup sakini adından dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək, onlardan yardım istəyib. Qəsəbə sakini müraciət etdiyi şəxslərdən xahiş edib ki, İbad Müslümovun qanunsuz əməllərinə son qoysunlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?