Bir neçə gün əvvəl irlandiyalı turistin Türkiyədə su üstündə döyülməsi sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri olub.
Turist qaldığı otelin yanındakı marketdən su almaq istəyən zaman su butulkaları yerə tökülüb. Buna görə əsəbiləşən satıcının əlindəki çubuqla turisti vurmaq istəməsi ilə bütün küçə bir-birinə qarışıb. Qonşular da satıcıya dəstək üçün turistə hücum ediblər. Belə ki, müntəzəm olaraq idmanla məşğul olan turist 15-dən çox adamı döyüb, ona yumruq vurmaq istəyən bir nəfər isə bir zərbədən yerə yıxılıb və dişləri sınıb.
Mediaya hadisə ilə bağlı açıqlama verən irlandiyalı Mohammed Fadel Dobbous satıcıların sadəcə yanlış adama rast gəldiyini deyib. O, sadəcə su almaq istədiyini bildirib: “Heç birindən qorxmadım, əksinə çox təəccübləndim. Kaş ki, bir az kişi olardılar. Mən sadəcə özümü müdafiə etmişəm”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?