Avqustun 29-31-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir. Bu da meteohəssas insanlar üçün əlverişlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22˚, gündüz 25-30˚, Bakıda gecə 19-21˚, gündüz 27-29˚ isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23˚, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24˚, Türkan, Hövsan, Şıx, Sahildə 24-25˚ isti olacaq.
Avqustun 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimal olunur.
Havanın temperaturu aran rayonlarında gecə 16-21˚, gündüz 26-31˚, dağlarda gecə 7-12˚, gündüz 14-19˚ isti olacağı gözlənilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?