Azərbaycanda Parlament seçkiləri noyabrın 1 -də keçiriləcək.
Bu haqda müvafiq sərəcamı prezident İlham Əliyev imzalayıb.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilsin".
Bu sayca ölkədə keçirilən 5-ci Parlament seçkiləri olacaq.
Noyabrın 1-də Milli Məclisə 125 deputat majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçiləcəklər.
Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Məclisdə hər il yaz və payız sessiyaları keçirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?