Əsgərlər qadınlara və azyaşlılarla amansız rəftar ediblər Qərbi Şəriada, Ramallahın qərbindəki "Nəbi Saleh" bölgəsində toplaşan bir qrup fələstinli, yəhudilər üçün nəzərdə tutulmuş bölgədəki tikinti işlərinə etiraz ediblər. Hər həftənin cümə namazından sonra təşkil edilən etiraz aksiyalarına İsrail əsgərləri həmişə plastik güllələrlə, gözyaşardıcı qazla cavab verir. Bizimyol.info xəbər verir ki, bu dəfəki aksiyaya müdaxilə edən İsrail əsgərləri xüsusi ilə uşaqlara və qadınlara qarşı amansız davranıb. Əsgərlərdən biri qolu yaralı olan bir uşağı həbs etmək məqsədi ilə saxlayıb. Əsgər, uşağın başını daşa vuraraq ona əzab verib. Yaxınlıqda olan qadınlar və azyaşlılar əsgərə etirazını bildirərək uşağı onun əlindən almağa çalışıblar. Həmin ürəkparçalayan anlar kameralara belə düşüb. Həmin görüntüləri təqdim edirik:
Sorğu
Yeni dizaynımız necədir?