GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Prezident tapşırıq verdi: Azərbaycanda aylıq 100 manata evlərin satışı başlayır

Prezident tapşırıq verdi: Azərbaycanda aylıq 100 manata evlərin satışı başlayır

Tarix: 3-09-2015, 21:53 Bölmə :Ölkə Baxış: 0
Prezident tapşırıq verdi: Azərbaycanda aylıq 100 manata evlərin satışı başlayır

Prezident İlham Əliyev sosial ipotekanın həcminin artırılması və vəsaitlərin verilməsi mexanizminin təkminləşdirilməsi barədə müvafiq qurumlara tapşırıqlar verib. Mərkəzi Bank və İpoteka Fondu ilə yanaşı, təkminləşdirilməsi və əhatəsinin genişləndirilməsi məqsədi ilə yeni layihə hazırlayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı yeni təkliflər paketində mənzilə ehtiyacı olan ailələrin problemlərinin həlli məqsədi ilə kredit faizlərinin aşağı salınması, aylıq ödəniş məbləğinin azadılması və ipotekanın regionlarda geniş tətbiqi əks olunub. Komitənin sədr müavini Sədaqət Qəhramanova bildirib ki, təkliflər hazırlanarkən beynəlxalq maliyyə-bank təşkilatlarının təcrübəsi və bu sahə üzrə tanınmış xarici ekspertlərin rəyləri nəzərə alınıb.

Sosial ipotekanın Amerika və Almaniya modelinin məqbul sayan Mərkəzi Bank isə həmin ölkələrin təcrübəsinə əsasəən əldə edilmiş məlumatlar üzrə müxtəlif təhlillər aparıldığını bəyan edib. Bu modelə əsasən, ipoteka sisteminin davamlılığı üçün təkcə sosial yardımla kifayətlənmək məqsədəuyğun hesab edilmir. Sosial ipotekanın mənbələri dövlətin maliyyə resursları ilə yanaşı, digər əlavə mənbələr hesabına formalaşır. Maliyyələşmə mənbələri kimi qiymətli kağızlardan, kredit və qrantlardan, həmçinin Dövlət Neft Fondunun və Maliyyə Nazirliyinin səhm və istiqrazlarından da istifadə oluna bilər. Əhalinin öz yığmaları hesabına ipoteka kreditləri əldə etməsi, bank olmayan kredit təşkilatlarının bu prosesə cəlb olunması məsələsi də nəzərdən keçirilir. Bu mənbələr hesabına ipoteka rezervlərinin ən azı 2-3 dəfə artması mümkündür.

MB İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, yaxın günlərdə hökümətə təqdim olunacaq sənəddə nəzərdə tutulan mühüm məsələlər sosial ipoteka şərtlərinin yüngülləşdirilməsi, faiz dərəcələrinin aşağı salınması və ilkin ödəniş şərtlərinin asanlaşdırılmasıdır. Beynəlxalq təcrübəyə, o cümlədən qardaş Türkiyə və Qazaxıstanın təcrübəsinə uyğun olaraq dövlət və xüsusi bölmə partnyorluğu əsasında dövlətin "ekonom klass” mənzil tikintisinin genişləndirilməsi və sosial ipoteka ilə əlaqələndirilməsi təklif edilir. Bundan başqa, dövlətin ayırdığı maliyyə vəsaitləri hesabına ipoteka bazarı iştirakçılarının tələblərini tamamilə ödəmək mümkün olmadığından alternativ variantların tətbiqi də istisna edilmir. Adi ipoteka kreditləşməsinin genişləndirilməsi üçün əlavə bazar mənbələrinin cəlbi, yeni ipoteka məhsullarının yaradılması zəruridir. Yeni strategiya çərçivəsində əhalinin öz yığmaları hesabına birbaşa ipoteka ilə mənzil alınması da məqsədəuyğun hesab olunur. Bu, Almaniyanın tikinti-əmanət bankları modeli təcrübəsinə əsaslanır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə yeni proqrama sosial evlər modelinin tətbiqi ilə bağlı layihənin daxil edilməsinin vacib saydığını bildirib. Millət vəkili vurğulayıb ki, sosial ipoteka kreditlərinin verilməsinə baxmayaraq, ehtiyacı olan minlərlə ailənin mənzil ehtiyacını həll etmək mümkün olmur. İpoteka kreditlərini ödəməyə gənc ailələrin əksəriyyətinin imkanı çatmır, orta aylıq əməkhaqqı həcmində maaş yalnız onların aylıq istehlak xərclərinə kifayət edir. Buna görə də ipoteka kreditləri üçün aylıq ödənilən məbləğdən 2-3 dəfə aşağı həcmdə ödənişlə mümkün olan sosial evlər layihəsinin rellaşdırmaqla on minlərlə insanın mənzil problemini həll etmək mümkündür.

Sosial evlər layihəsində dövlət birbaşa investor kimi çıxış edir və evlər mühüm proqram çərçivəsində tikilir. Bu zaman tikinti-quraşdırma və təmir xərcləri özəl şirkətlərlə nisbətdə iki dəfə ucuz başa gəlir və mənzillərin dəyəri real bazar qiymətindən xeyli aşağı olur. Məsələn, 75 kvadratmetrlik təmirli mənzilin dəyəri 30-35 min manat təşkil edir. Həmin qiymətə uyğun 20-25 illik ödəmə cədvəli tərtib olunur. Nəticədə aylıq 100-150 manat ödəməklə insanların mənzil təminatı həll edilir.

Millət vəkili bildirib ki, Milli Məclisin payız sessiasında sosial mənzillərin tikilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılacaq.

ŞAHİN Həbibov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Evsiz ailələrə xoş xəbər

    Evsiz ailələrə xoş xəbər ...

    10-01-2015, 21:18

  • 
  • Mərkəzi Bank qərar verdi, kredit almaq çətinləşdi - VİDEO

    Mərkəzi Bank qərar verdi, kredit almaq çətinləşdi ...

    13-10-2014, 17:16

  • 
  • Mərkəzi Bankdan ipoteka ilə bağlı Açıqlama

    Mərkəzi Bankdan ipoteka ilə bağlı Açıqlama ...

    2-08-2013, 11:29

  • 
  • Mərkəzi Bank qərar verdi

    Mərkəzi Bank qərar verdi ...

    18-08-2015, 18:42

  • 
  • Ayda 150 manatadək ödənişlə mənzil satışı başladı

    Ayda 150 manatadək ödənişlə mənzil satışı başladı ...

    28-09-2015, 16:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu