Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın zəlzələ baş verən bölgələrində rabitə infrastruktura ziyanın dəyib-dəyməməsini araşdırır.
Bu barədə Trend-ə Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov deyib.
Onun sözlərinə görə, tapşırıq verilib, yerlərdə araşdırmalar aparılır: "Hələ ki, rabitədə heç bir problem yaranmayıb. Əgər hansısa problem yaranarsa, dərhal aradan qaldırılması üçün tədbirlər görüləcək".
Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verildiyi kimi, bu gün saat 09.49-da Şəki ərazisində zələzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?