Bu gün səhər Parisin Sena-Sen-Deni departamentində II Dünya müharibəsi illərindən qalma üç aviabombanın zərərsizləşdirilməsi üzrə əməliyyata start verilib. Report xəbər verir ki, bu barədə departamentin perfekturası məlumat yayıb. Bombalar əhalinin sıx məskunlaşdığı Nuazi-le-Sek və Bobini şəhərləri yaxınlığındakı ərazidə aparılan dəmir yolu işləri zamanı aşkar edilib. Bu, təqribən 8 min insanın müvəqqəti olaraq təxliyəsini tələb edib. Əməliyyata 300-dən çox polis cəlb olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?