Rusiya İstintaq Koimtəsinin Baş İstintaq İdarəsi Dağlıq Qarabağ separatçılarının əsas sponsoru hesab olunan Levon Ayrapetyana qarşı yeni ittihamlar irəli sürüb. Modern.az Rusiyaın “Kommersant” qəzetinə istinadla xəbər verir ki, erməni biznesmen 2010-cu ildə ömürlük həbs cəzası alan başqırdıstanlı senator İqot İzmestyevin anasının 700 min dollar pulunu mənimsəməkdə ittiham olunur. İstintaqın məlumatına görə, İzmestyevin anası bu vəsaiti Ayrapetyana verərək ondan oğluna çıxarılacaq hökmün yüngülləşdirilməsini istəyib. Ayrapetyan isə həmin pulun bir hissəsini KİV-də İzmestyevin müsbət piarı üçün xərcləyib. Ayrapetyan bununula yanaşı, Rusiya dövlətinə məxsus “Başneft” şirkətinin əmlakının talanmasına vasitəçilik etməkdə də günahlandırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?