Ehtiyata buraxılan əsgər və zabitlərin bir hissəsini yenidən hərbi hissələrə çağırışı qanunvericilikdə nəzərdə tutulan prosesdir və müxtəlif zamanlarda həyata keçirilir.
Bunu Trend-ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Nurəddin Heydərov deyib.
N.Heydərov deyib ki, təşvişə ehtiyac yoxdur: "Ötən il və bu il ərzində bir neçə dəfə belə toplanışlar keçirilib. O zaman biz 100 faizlik nəticəyə nail olmuşduq. İstər müharibə şəraiti, istərsə də sülh dövründə olsun, hər bir azərbaycanlı səfərbərliyə çağırılmaqdan qürur duymalıdır. Burada təşvişə düşməyə də ehtiyac yoxdur".
Onun sözlərinə görə, çağırışa gəlməyən vətəndaşlar qanun qarşısında məsuliyyət daşıyacaqlar: "Hər bir hərbi mükəlləfiyyətli şəxs hərbi xidməti başa vuranda ona izah edilir ki, hər hansısa bir zamanda onlar yenidən hərbi toplanışlara çağırıla bilərlər. Ola bilər ki, kimsə bunu unudur. Amma bu qanunvericiliklə nizamlanan prosesdir".
Qeyd edək ki, Azərbaycanın bütün rayonlarından ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hissəsələrə toplanması, onların hərbi təlimlərə yenidən qatılması və döyüş şəraitinin yoxlanılması həyata keçirilir.
Qeyd edək ki, çağırış Müdafiə Nazirliyinin sentyabr ayının 6-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır.
Avqusutun 6-sı Müdafiə Nazirliyi Komanda Qərargah Hərbi Oyunlarına başlayıb. Oyunlara 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?