GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Əli Kərimlini tutub silkələsən..."

"Əli Kərimlini tutub silkələsən..."

Tarix: 10-09-2015, 13:12 Bölmə :Ölkə Baxış: 0
"Əli Kərimlini tutub silkələsən..."

gundemxeber.az Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsini təqdim edir:

- Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirildi. Dövlət başçısı bildirdi ki, "Qərb mediası miqrantlara tamamilə biganə və etinasız yanaşır". Siz bu barədə nə deyərdiniz?

- Ümumiyyətlə, qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə çox vacib məqamlarla yadda qaldı. Dövlət başçısı aidiyyəti stukturlara hökumətin gələcək fəaliyyətini hansı istiqamətdə qurması, Azərbaycanda başlanan tikinti, quruculuq və abadlıq işləri, islahatların həyata keçirilməsi, yeni iş yerlərinin açılması, sosial layihələrlə bağlı proqramların yerinə yetirilməsi, investisiya layihələri ilə bağlı birbaşa tapşırıq və tövsiyyələrini verdi. Bütün aparılan və görülən bu işlərin hamısı əhali, xalq, cəmiyyət üçündür. Müşavirədə də qeyd olunduğu kimi dünyada, regionda baş verən hadisələr və səbəbi bizdən asılı olmayan müxtəlif iqtisadiyyatda baş verən təlatümlər təbii ki, Azərbaycanda da yan keçmir. Çünki ölkəmiz hər hansı bir adada deyil, əksinə bu dövlətlərlə ünsiyyətdədir və onlarla iqtisadi, ticari, nəqliyyat dövriyyələri var. Əgər Avropada, Yaxın Şərqdə, post-Sovet məkanında hər hansı bir hadisə baş verirsə, istər-istəməz bizdən asılı olmayan səbəblərdən ölkəmizə də təsir edir. Ümumiyyətlə, elə hallar baş verir ki, biz nə qədər istəsək də onun tərəfimizdən qarşısı alına bilməz. Çalışırıq ki, bu kimi hallar Azərbaycan vətəndaşına, ölkəmizdə yaşayan insanlara təsirsiz ötüşsün. Vaxtilə Azərbaycanda qoyulan İqtisadi İnkişaf Strategiyası, qeyri-neft sektorunun inkişafı və bununla bağlı olan digər xidmət sahələrinin inkişaf etdirilməsi, neftdən gələn gəlirlərin Azərbaycanın infrastruktur layihələrinə cəlb olunması bizi digər ölkələrdən xeyli qabağa saldı. Nəticə etibarilə bu müddət ərzində Azərbaycanda neçə onilliklərlə görülməyən işlər görüldü və başa çatdırıldı. Biz bu gün dünyaya nəzər salsaq, görürük ki, stabil dövlətlərin dağıdılması, orada yaşayan xalqların iradəsi ilə deyil, əksinə kənar güclərin həmin dövlətlərin təbii sərvətlərinin mənimsənilməsi və öz maraqlarına xidmət etməsinin nəticəsində yaradılan süni konfiliktlər bu gün Avropadan da yan keçmir. Yəni Avropa özünə aid olmayan və başqa ölkələrin daxili işlərinə qarışmaq prosesinin nəticəsi olaraq bu gün dünyanın bir çox yerlərində yeni-yeni münaqişə ocaqları yaranıb. Təbii ki, bu getdikcə davam olunmaqdadır. Əgər vaxtilə soyuq müharibə bitənədək bir münaqişə ocağı var idisə, bu gün İsrail-Fələstin münaqişəsi çox-çox geridə qalır və ondan qat-qat böyük miqyaslı insanlara, ölkələrə ziyan verən, dövlətləri parçalayan və s. süni münaqişələr yaranıb. Bizlər də bunun şahidiyik. Bu xaosun qarşısı alınmasa, bundan sonra daha böyük fəlakətlər gözlənilər bilər və gözlənilməkdədir.

Əgər əvvəllər Avropa özünün həmişə əsas dəyəri kimi insan haqları prinsiplərini ortaya qoyurdusa, bu gün insan hüquqlarının pozulmasını, insana qarşı ən alçaldıcı hərəkətlərin olunmasını biz mətbuat, televiziya vasitəsilə şahidi oluruq. Görürük ki, onlar insanları miqrant kimi deyil, əksinə yaşından, cinsindən asılı olmayaraq uşaqlı, böyüklü, qocalı qul kimi vaqonlara yığaraq bir ölkədən başqa ölkəyə deportasiya edirlər. Burada hansı insan dəyərindən, hüququndan danışırlar. Bütün bu olanlara Avropa mətbuatı susur. Əksinə, hətta bəzi yerlərdə miqrantlara qarşı etiraz aksiyaları keçirirlər və onların gündəlik tələbatı olan qida məhsullarından da məhrum edirlər. Onlara qarşı çox amansız şəkildə davranış sərgiləyirlər. Böyük Britaniya kimi güclü bir dövlət iki il müddətinə cəmi 5 min miqrant qəbul etmək haqqında qərar qəbul edib. Hətta o miqrantların böyük əksəriyyəti dini seçimlə bağlıdır. Aparılan təhlillər nəticəsində məlum olub ki, Ərəb ölkələrindən, Afrikadan ora üz tutan insanlar başqa dini inanca məxsus olanlardır. Bu gün Almaniyada 150 min mühəndis, 40 mindən artıq xidmət sahəsi, 90 mindən artıq təmizlik işləri ilə bağlı vakansiya yeri var. Əhali yaşlı olduğu üçün istər-istəməz burada boş iş yerləri yaranır. Məhz bunun nəticəsi olaraq onlar Avropa ölkələrindən deyil, digər ölkələrdən ucuz işçi qüvvəsi cəlb edirlər. Cənab Prezident İlham Əliyevin də keçirdiyi müşavirə bir növ Azərbaycan xalqına müraciət idi. Bu yaxınlarda Aralıq dənizinin Türkiyə sahillərində körpə uşaq cəsədi tapıldı. Suriya müharibəsindən qaçan bir ailənin faciəsi olan bu hadisə bütün bəşəriyyəti ayağa qaldırmalıdır. Türkiyə kimi bir dövlət iki milyondan artıq qaçqın qəbul edib. Bütövlükdə Avropa İttifaqı isə 5 il müddətinə 150 min miqrantı qəbul edib-etməmək haqqında hələ də fikirləşir. Yunanıstan adalarında miqrantlar bir növ əsir kimi saxlanılır. Bəyəm onların hüquqları yoxdur, onlar insan deyil? Avropa Xartiyasında da var ki, siyasi və hərbi münaqişə nəticəsində miqrant olmuş şəxslər heç bir maneə törədilmədən Avropanın istənilən dövlətinin ərazisində yaşamaq hüququna malikdir. Bu gün biz bunun şahidi olmuruq. Vaxtilə hinduların, qaradərililərin başına gətirilənlər bunun yanında çox yüngül hadisələrdir. Hətta burada insan alverinin qurbanına çevrilənlər var. Onlar itkin adı altında bu sahə ilə məşğul olan tacirlərin qurbanına çevrilirlər. Hesab edirəm ki, biz bu məsələyə çox ciddi yanaşmalıyıq. Türkiyədə baş verən hadisələrə nəzər salsaq görərik ki, NATO-nun üzvü olan dövlətə qarşı riyakarcasına təxribatlar həyata keçirilir. Bir zaman qeyd etdilər ki, "İraq-Şam İslam Dövləti" ("İŞİD") Türkiyə sərhədlərinə yaxınlaşır. Bəs nə oldu ki, "İŞİD" birdən-birə Türkiyə sərhədlərindən uzaqlaşdı. Orada PKK-nı silahlandırdılar ki, guya "İŞİD"ə qarşı döyüşsün. Əslində şahidi oluruq ki, PKK terrorçuları silahlandırılır və Türkiyənin üzərinə göndərilir. Azərbaycan xalqı hər zaman ölkə iqtidarını dəstəkləyib və bundan sonra da daha güclü şəkildə dəstəkləməlidir.

- Dövlət başçısı müşavirədə qeyd etdi ki, ABŞ-ın bəlli dairələri, xüsusilə bu humanitar fəlakətdən nəticə çıxarmayan Avropadakı bəzi qüvvələr müəyyən beynəlxalq QHT-lər və "5-ci kolon" vasitəsilə Azərbaycan kimi sabit və inkişaf edən ölkələri də xaosun girdabına sürükləmək üçün cəhdlərini davam etdirirlər.

- Biz hələ Ərəb yarmadasında hadisələr baş verərkən həmin olayları pisləmişdik və indinin özündə də bunu pisləyirik. Orada müxalifət adı altında, guya demokratiya uğrunda mübarizə aparan insanların hamısı Əfqanıstan, Pakistan ərazisində terrorla məşğul olan "Əl-Qaidə"nin və ona himayədarlıq edən böyük dövlətlərin nümayəndələri idi. Sonradan onlar adlarını dəyişdirsələr də məqsəd və məramları eyni idi. Avropa İttifaqına daxil olan ölkələrin özündən on mindən artıq insan bu gün İraq-Şam İslam Dövləti (İŞİD) sıralarında döyüşürlər. Həmçinin orada hərbi xidmətdə olmuş NATO-ya məxsus qüvvələrin əsgərləri və digərləri artıq bu qruplaşmanın tərkibindədir. Yəni onu hansısa din adı altında verməyə, maskalamağa çalışırlarsa da bu alınmır. Əslində bu, çox səhv addımdır. Təbii ki, müsəlmanlar gözəl bilir və Qurani-Kərimdə də göstərilib ki, yönümündən asılı olmayaraq terror (qəddarlıq, insana əzab vermək və s.) qadağandır. Ona görə də din pərdəsi altında bunu etməyin heç bir mənası yoxdur. Bütün İslam üləmaları, alimləri də bunu təsdiq edə bilərlər. Hər bir ölkədə bunlara haqq qazandıran, onların işinə siyasi don geyindirən əlaltıları mövcuddur. İndiyədək onlar həmin əlaltılarını müxtəlif vəsaitlərlə, qrantlarla, yardımlarla özlərinin kölə, qul vəziyyətinə gətirib salıblar. Vaxtilə Ukraynada ilk çevriliş baş verəndə ("Narıncı İnqilab"), Azərbaycanda da bir qrup boğazına şarf bağlayaraq narıncı ayaqqabı, şalvar və köynək geyindi. Məsələn, Gürcüstanda "Qızıl Gül" inqilabı baş verərkən onlar da əllərinə bir dəstə gül götürüb başladılar küçələrə çıxmağa. O cümlədən də "Ərəb Baharı" başlayan kimi bir qrup ortaya düşərək dedi ki, biz də bunu edirik.

Bu insanların dərrakəsi o qədər aşağı səviyyədədir və başa düşmürlər ki, Azərbaycan inkişaf etmiş bir dövlətdir: Azərbaycan demokratik dövlət quranda, o dövlətlərin heç biri dünya xəritəsində yox idi. Hətta ölkəmizdə ilk Opera yaradılanda bu ölkələrin mədəniyyətdən məlumatları yox idi. Eləcə də Azərbaycanda 1918-ci ildə qadına seçki hüququ veriləndə ABŞ-da 1962-67-ci ilə qədər qadınların seçki hüququ mövcud deyildi.
Beləcə, zamanı, məkanı, xalq-iqtidar birliyini nəzərə almayan, sosial bazası, elektoratı olmayan bu insanlar ortaya düşüb özlərinin riyakar, satqın, başqa dövlətin əlaltısı olmaq missiyasını üzərlərinə götürüblər. Sonda iflasa uğradılar. Nəticədə, ətrafında olan insanlar anti-Azərbaycan mövqelərinə görə həmin partiyalardan, təşkilatdan uzaqlaşdılar. Sadəcə, orada 3-5 nəfər Vətən xaini, milli satqın qalıb. Onlar "Milli Şura"nın yanında "Milli Satqınlar Şurası" yazmalı idilər. Çünki bunlar bəlli insanlardır. Azərbaycanda hər hansı bir təbii fəlakət və xaricdə Azərbaycan əlehinə yazı yazılan kimi buna dərhal reaksiya verirlər. Onları bu hadisələrin millətə, dövlətə ziyanı maraqlandırmır. Ən azından zərrə qədər də olsa vətənpərvərlik, azərbaycançılıq hissi olan insan buna öz etirazını bildirməlidir. Ümumiyyətlə, bu şəxslərin axırına az qalıb. Onlar artıq Azərbaycanın ictimai-siyasi həyatından siliniblər.

- Prezident, həmçinin bildirdi ki, bəzi xarici dairələr Azərbaycanda "Maydan hərəkatı"nı yaratmaq istəyirdilər, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Bu haqda siz nə düşünürsünüz?

- Ümumiyyətlə, bəzi beynəlxalq təşkilatlar var ki, onların arxasında erməni lobbisi dayanır. Onların mərkəzi ofislərində, təşkilatların idarə heyətlərində bilavasitə ermənilər təmsil olunurlar və bəlli mənbələrdən vəsait alırlar. Həmin vəsaitin bir hissəsini onu verən təşkilatın özünə qayıdır, digər hissəsi isə Azərbaycanın imicinə xələl gətirmək, ictimai-siyasi sabitliyi pozmaq, müxtəlif iğtişaşlar yaratmaq və ölkəmizi hansısa xaos, müharibə şəraitində və s. olan dövlət kimi qələmə verməyə sərf olunur. Onların əsas məqsədi müxtəlif üsullardan, vasitələrdən istifadə etməklə öz firmalarını, təşkilatlarını ölkəmizdə güzəştli şərtlərlə yaratmaqdır. Digər tərəfdən müsəlman ölkəsi olaraq Azərbaycanın inkişaf etməsi, müasirləşməsi, bütün dinlərin, təriqətlərin eyni qaydada ölkəmizdə fəaliyyət göstərməsi və s. onları çox narahat edir. Təbii ki, bunun üçün də "sapı özümüzdən olan baltalar" tapıb ortaya çıxarırlar. Məsələn, "Milli Şura" yaranan kimi qondarma "Talış-Muğan Respublikası"na müraciət etdi. Hansı ki, bu söhbət çoxdan bitmişdi. Hətta "TMR"-in qondarma başçısı Əlikram Hümbətov Ermənistana səfər edib orada etdiyi çıxışlarda Azərbaycan əleyhinə fikirlər söyləyirdi. "Milli Şura"nın üzvlərindən biri isə onu dəstəkləmişdi. Artıq xoruzun quyruğu görünür. Yəni onlara verilən qrantların məqsədi, məramı odur ki, nə edirsiniz edin, nə qədər məniməsiyirsiniz mənimsəyin, amma qalan hissəsini mütləq Azərbaycanda iğtişaşların törədilməsinə yönəldin. Hətta sizlərdə şahidi olduz ki, Azərbaycanın bir neçə rayonunda buna cəhd etdilər. Lakin hüquq-mühafizə və digər təhlükəsizlik orqanları həmin olayların qarşısını vaxtında aldı. İkincisi isə heç bir dövlətə, hətta bizi istəyən dövlət olsa belə, güclü Azərbaycan dövləti, prezidenti sərf etmir. Onlar hesab edirlər həmin dövlət arabanın beşinci təkəri olmalıdır.

Bu gün Azərbaycan regionda sırf müstəqil və ölkələrlə bərabərhüquqlu siyasət aparan bir dövlətdir. Burada bir növ Azərbaycan xalqının maraqları təmsil olunur. Yəni hansısa bir dövlətin, qurumun, təşkilatın yox. Onlar Ukrayna hadisələri başlanan zaman gördülər ki, heç nə etmək mümkün deyil. Hətta Azərbaycan müxalifəti belə bir fikir söyləmişdi ki, Ukraynaya Heydər Əliyev lazımdır. Artıq ayrı-ayrı yerlərdə bunu etiraf edirlər. Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanın uğurlu siyasəti daha geniş və çoxşaxəli şəkildə davam etdirilir. Azərbaycanda I Avropa Oyunları keçirildi. Hər dəfə keçmiş dövlət başçıları, siyasət, mədəniyyət, incəsənət xadimləri ölkəmizə gəlir burada yaradılan şəraiti görürlər. İlk Avropa Oyunlarında bir milyarddan artıq insan televiziya vasitəsilə Azərbaycanı izlədi. Ümumilikdə götürdükdə Azərbaycan bu gün regionda bir təhlükəsizlik, stabillik adasıdır.

- Artıq Parlament seçkilərinə az bir müddət qalıb. Amma müxalifət hələ də Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin namizəd siyahısını gözləyir. Sizcə, onların bu narahatçılığı nə ilə bağlıdır?

- Heç şübhəsiz ki, mən müxalifətin Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin siyahısının açıqlamamasına görə narahatçılığını başa düşürəm. Hər bir partiya namizədlərini elan etsə də, biz gündəlik dairələrlə, yerli təşkilatlarla, seçki qərargahları ilə əlaqə saxlayırıq. Çalışırıq ki, müəyyənləşdirək görək kimlər dairə seçki komissiyasına müraciət edib və onlar hansı partiyalardır və s. Onlar gözləmə mövqeyi tuturlar ki, hansı dairədən YAP-ın hansı namizədi irəli sürüləcək. Bunda sonra da ola bilsin ki, onlar öz dairələrində dəyişikliklər etsinlər. Bu şəxslər çalışacaqlar ki, zəif nöqtə axtarsınlar və nöqtədən namizəd irəli sürüb Milli Məclisdə yer qazanmaq uğrunda mübarizə aparsınlar.

Ümumilikdə götürəndə parlament seçkiləri ilə bağlı həm ictimai-siyasi mühit sağlamdır, həm qanunvericilik bazası var, həm də seçkilərə hazırlıq prosesi tam normal qaydada gedir. Azərbaycanda olan ictimai-siyasi təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri, bütün təbəqədən olan insanlar seçkilərdə iştirak etməsi ilə bağlı bəyanat veriblər. Artıq onların müəyyən hissəsi dairələrə müraciət etməyə başlayıb. Yerdə qalan bir neçə qurum isə sosial bazası, elektoratı olmayan siyasi təşkilatlardır. Bəllidir ki, onlar milli satqınlardır. "Milli Şura" adlı bu qurum dairələrin heç birindən namizəd irəli sürə bilmədiklərindən və bu gün tənəzzül dövrü yaşadıqlarından bu prosesdə iştirak etmirlər. Qeydiyyatdan keçən siyasi təşkilatların demək olar ki, əksəriyyəti seçki prosesində iştirak edir.

- AXCP partiyası ətrafında Əli Kərimli ilə Razi Nurullayevlə arasında konfiliktlər getdikcə güclənməkdədir. Bunun sonu necə ola bilər?

- Ümumiyyətlə, AXCP-də anti-milli qüvvələr toplaşıb. Az-çox millətini, xalqını, dövlətini sevən, dünyada gedən prosesləri bilən və başa düşən insanlar artıq AXCP-dən üz döndəriblər. Beləcə onlar haqlı olaraq da özlərinin haqlarını tələb edirlər. Vaxtilə Əbülfəz Elçibəyin müavinləri olanlar bu gün özləri siyasi təşkilat yaradıblar. Əli Kərimli AXCP-nin deyil, sadəcə olaraq "Yurd" təşkilatının varisi kimi fəaliyyət göstərir. AXCP ona etibarnamə ilə verilməyib. Əli Kərimli AXCP adını mənimsəyib. Bu baxımdan da Siyasi Partiyalar haqqında qanuna uyğun olaraq AXCP-dən ayrılanlar demokratik qaydada öz haqlarını tələb edirlər. Əli Kərimli və ətrafı isə söz, fikir azadlığı barədə düşünən insanları dərhal partiya sıralarından uzaqlaşdırır, üstəlik onlara iqtidara işləyənlər damğası vururlar. Əslində iqtidara işləmək millətə, xalqa, dövlətə işləməkdir. Erməni lobbisinə, Azərbaycanı dağıtmaq istəyən qüvvələrə qarşı işləmək isə əsl cinayətdir. Onlar Azərbaycanda "Maydan hərəkatı"nı yaratmaq istəyənlərə, xaricdən pul alıb iğtişaş törədənlərə, evləri yandıranlara və s. işləyirlər. Çünki bu şəxslər özləri də o yolun yolçularıdır. Leyla Yunusu bir balaca "silkələməklə" Avropanın 4 yerində mülkləri və banklarda pulları ortaya çıxdı. Sual olunanda ki, bunlar nədən ötrüdür, Arif Yunus dedi ki, qardaşımla görüşmək üçün yer lazım idi. Bəyəm görüşmək üçün xaricdən ev almaq lazımdır? Bunun üçün otel və başqa-başqa yerlər də var. Əgər bu evdisə deməli bu evdə plan cızılır. Verilən cavabın özü belə məntiqsizdir. İndi təsəvvür edin Əli Kərimlini tutub silkələsən nə qədər mülklər və xarici banklarda vəsaitlər ortaya çıxacaq. Bu təşkilatların artıq iç üzü bəllidir. Azərbaycan ictimaiyyəti bunu bilir, görür və qiymətləndirir.

- Necə düşünürsünüz, Cəmil Həsənlinin parlament seçkilərində namizədliyini verməməsi Əli Kərimlinin bilavasitə təsiri ilə bağlı ola bilərmi?

- Cəmil Həsənli də artıq bu prosesin iştirakçısıdır. Bunlar bir medalın iki üzüdürlər. Digər tərəfdən Cəmil Həsənliyə heç kim səs verən deyil. Vaxtilə o, millət vəkili seçilib. Seçilməyinin səbəbi isə odur ki, o müəyyən pərdə arxasında gizlənirdi və alim kimi özünü cəmiyyətə sırımağa çalışırdı. Onun iç üzü artıq açılıb, bundan sonra heç kim ona dəstək verməyəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib

    Prezident İlham Əliyevin yanında iqtisadi və ...

    25-02-2019, 12:33

  • 
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    10-07-2016, 14:41

  • 
  • Yeni Azərbaycan Partiyasının ümumrespublika müşavirəsi keçirilir

    Yeni Azərbaycan Partiyasının ümumrespublika ...

    16-01-2016, 17:59

  • 
  • Artur Rasizadə 2015-ci ilin dövlət büdcəsinin müzakirəsini keçirdi

    Artur Rasizadə 2015-ci ilin dövlət büdcəsinin ...

    23-09-2014, 17:19

  • 
  • Siyavuş Novruzovun istefası qəbul olunub

    Siyavuş Novruzovun istefası qəbul olunub ...

    24-08-2020, 12:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu