GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Milyarderlər İttifaqı”nın “KQB-şnik” üzvünün “mandat” sevgisi və GİZLİNLƏRİ…

“Milyarderlər İttifaqı”nın “KQB-şnik” üzvünün “mandat” sevgisi və GİZLİNLƏRİ…

Tarix: 11-09-2015, 16:34 Bölmə :Ölkə Baxış: 0
“Milyarderlər İttifaqı”nın “KQB-şnik” üzvünün “mandat” sevgisi və GİZLİNLƏRİ…

Deputat Hacı Salayev 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən parlamentə millət vəkili seçilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.

Seçiciləri isə 5 il müddətində deputatın nə üzünü görüb, nə də sorağını eşidib. Hacı Salayev 5 il müddətində parlamentdə də görünməyib. Bunu Azərbaycan mətbuatının parlamentdə çalışan nümayəndələri bildirib.

MM üzvü Konstitusiyanın tələblərini pozaraq özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Millət vəkili “Lake Palace Hotel”i tikdirib. Onun oğlu Turqut Salayev 10-TT-010, 90-DD-010 nömrəli bahalı maşınları ilə şəhərdə meydan sulayır. Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də “Trust” Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var.

“Trust”un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında “Pepsi-coca cola” şirkəti də var. Onu da qeyd etmək lazımdır ki, deputat tanınmış iş adamı, milyarder Telman İsmayılovla qohum olub.

Belə ki, Hacı Salayevin oğlu Kənan Salayev milyarderin qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Telman İsmayılovla qohum olandan sonra Hacı Salayevin maliyyə imkanları daha da genişlənib və bitərəf deputat obyektlərinin sayını artırmağa başlayıb. Onun Türkiyədə də biznes qurması yayılan xəbərlər arasındadır. Qeyd edək ki, Telman İsmayılov Azərbaycan iqtidarına qarşı yaradılan və fiaskoya uğrayan Milyarderlər İttifaqının üzvü idi.

Hacı Salayev 5 il müddətində parlamentdə də görünməyib. Bunu Azərbaycan mətbuatının parlamentdə çalışan nümayəndələri bildirib.

Belə ki, Modern.az saytının jurnalistlər arasında apardığı soğru belə nəticəyə gəlməyə imkan verib.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı Hacı Salayevin adını eşitdiyini, üzünü görmədiyini bildirib. “Sözün düzü onu üzdən tanımıram. Parlamentdə isə deyəsən bircə dəfə adını tabloda görmüşəm, hansısa məsələ ilə bağlı çıxış yazılmışdı. O da vaxt çatmadığından danışmadı”. APA-nın əməkdaşı Mübariz Aslanov deputatin adını ancaq siyahıdan və Milli Məclisin saytından görüb: “Amma belə, hansısa təklifinin və ya çıxışının şahidi olmamışam”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli deputat kimi Hacı Salayevin aktivliyini müşahidə etməyib. “O, eyni saylı seçki dairəsindən əvvəl seçilən deputatdan daha zəifdir. Sumqayıtın bir çox problemləri, ekoloji məsələləri olmasına baxmayaraq, bu problemlərin qaldırılmasında fəallıq nümayiş etdirmir”.

Jurnalist Xaqani Səfəroğlu bildirib ki, Hacı Salayev Sumqayıtın dörd deputatından biridir. Mətbuatla münüasibəti ardıcıl deyil. Parlamentin iclaslarında çıxışını eşitməmişik. Baxmayaraq parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvidir, indiki həssas region problemlərində arzu edərdik ki, Hacı müəllimin mövqeyini və münasibətini eşidək”.

“Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Siz deputatın adını məndən soruşanda Milli Məclisin saytına daxil oldum və Sumqayıtdan Milli Məclisə belə bir şəxsin deputat seçildiyini gördüm. Hətta o, Təhlükəsizlik və müdafiə komitəsinin üzvüymüş”.

Sumqayıtdan olan seçici Vəfa Abasova da Yenicag.az-a açıqlamasında H. Salayev adlı millət vəkilini tanımadığını bildirdi: “Özüm siyasi proseslərdə aktiv olsam da, dairəmizdən Hacı Salayev adlı deputatın olduğunu birinci dəfə sizdən eşidirəm. O şəxs aktiv deputat olsaydı, bir fəal seçici kimi tanıyardım. Deməli parlamentə təyin olunsa da, seçiciləri ilə hər hansı bir əlaqə yaratmayıb, ona görə d onu tanımırıq. Bu amilin özü də ölkəmizdə normal seçki mühitinin olmadığını bir daha göstərir. Seçkilər normal keçirilsəydi, seçilən şəxslər də seçiciləri ilə tez-tez görüşər, onların problemlərini dinləyib, həlli istiqamətində addımlar atardı. Deməli, Dediyiniz Hacı Salayev də həmin təyin olunan deputatlardan olduğundan, seçiciləri ilə görüşməyi özünə rəva görmür. Bir sözlə, arzu edirəm ki, xalqımızın canı belə təyin olunan deputatlardan qurtarsın”.

ELÇİN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hacı Salayev qanunları necə ələ salır... - İTTİHAM

    Hacı Salayev qanunları necə ələ salır... - İTTİHAM ...

    2-10-2018, 15:26

  • 
  • 10 millət vəkilinin biznes imperiyasının şok - Dosyesi

    10 millət vəkilinin biznes imperiyasının şok - ...

    22-12-2016, 22:02

  • 
  • Hacı Salayev keçmişini “silir” - İDDİA

    Hacı Salayev keçmişini “silir” - İDDİA ...

    1-05-2018, 14:04

  • 
  • Sabiq deputat Hacı Salayevə məxsus şirkətin büdcəyə 100 minlərlə vergi borcu var - TƏFƏRRÜAT

    Sabiq deputat Hacı Salayevə məxsus şirkətin ...

    29-12-2022, 13:42

  • 
  • Parlamentdə insident: Mühafizəçilər deputatı saxladılar

    Parlamentdə insident: Mühafizəçilər deputatı ...

    3-02-2014, 18:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu