Hindistanın Madhya Pradeş ştatında baş verən partlayış nəticəsində 80-dən artıq adam ölüb, 150 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.
Milli.Az BBC-yə istinadən bildirir ki, səhər çağlarında səslələn partlayış vaxtı restoranda qələbəlik olub. Hadisə yerində darmadağın edilmiş restoran və ona bitişik daha 3 evin qalıqlarını görmək olar. Xilasedicilər dağıntılar altında qala biləcək adamları axtarırlar. Ölənlərin sayının artacağı güman edilir. Hadisə ilə bağlı araşdırma aparılır, ilkin məlumata görə insidentə səbəb qaz balonunun partlayışı ola bilərdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?