Azərbaycanın hüquq-mühafizə orqanları 23 yaşlı oğlanı beynəlxalq axtarışa verib.
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1992-ci il təvəllüdlü Ramiz Məmmədov dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
Hazırda R. Məmmədovun tutulması istiqamətində tədbirlər davam etdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?