GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Seçkilərlə bağlı sensasion dönüş - Bütün müxalifətə seçkini boykot etmək haqda Qərbdən göstəriş?

Seçkilərlə bağlı sensasion dönüş - Bütün müxalifətə seçkini boykot etmək haqda Qərbdən göstəriş?

Tarix: 17-09-2015, 14:27 Bölmə :Ölkə Baxış: 0
Seçkilərlə bağlı sensasion dönüş - Bütün müxalifətə seçkini boykot etmək haqda Qərbdən göstəriş?

ADP namizədlərini geri çəkdi; “Azadlıq-2015” bloku da boykot anonsunu verdi; Avropa Birliyi ilə münasibətlərin pozulması ölkədə yeni siyasi situasiya yarada bilər

Azərbaycanda seçki kampaniyasının gedişində siyasi proseslərdə şok gəlişmələr yaşanmağa başlayıb. Seçkilərdə iştirak edəcəyini bəyan edən ADP sentyabrın 16-da İdarə Heyətini toplayaraq seçkilərdə iştirakdan imtina qərarı qəbul edib.

ADP-nin mətbuat xidmətinin yaydığı rəsmi press-relizdə bildirilir ki, son vaxtlar Azərbaycanla ABŞ və Qərbi Avropanın demokratik institutları arasında münasibətlərin gərginləşməsini, ATƏT-in 2015-ci il parlament seçkilərində müşahidə missiyasından imtina qərarı verməsini, habelə ölkədə seçki öncəsi real siyasi vəziyyəti nəzərə alaraq ADP 1 noyabr seçkilərində iştirakdan geri çəkilir.

Rəyasət Heyətinin qərarına əsasən, ADP sədri Sərdar Cəlaloğlu 9 saylı Binəqədi 2-ci, partiya sədrinin birinci müavini Həsrət Rüstəmov 18 saylı Nərimanov-Nizami, partiya sədrinin müavini Taliyət Əliyev 21 saylı Nəsimi 1-ci, partiya Ali Məclisinin sədri İsa Cəfərov 45 saylı Abşeron, Vasif Abdullayev 35 saylı Xətai 3-cü seçki dairələrində seçki fəaliyyətlərini sentyabrın 16-dan dayandırdıqlarını bəyan ediblər.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında deyib ki, seçki kampaniyasının ilk günlərindən prosesə aktiv şəkildə qoşulub imza toplayıblar və iki gün öncəyə qədər imzatoplama prosesini həyata keçiriblər. Lakin son günlər Avropa ilə münasibətlərin gərginləşməsinin pik həddə çatmasından sonra seçkilərdən geri çəkilməli olublar: “Biz görürük ki, Avropa Birliyi ilə Azərbaycanın bütün münasibətləri korlandı. ATƏT, Avropa Parlamenti seçkilərə müşahidəçi göndərməyəcək, ölkədəki ictimai-siyasi vəziyyət də göz qabağındadır. Ona görə də qərara gəldik ki, seçkidə iştirak eləməkdən çəkinək”.

YAP-ın deputatlığa namizədlər siyahısının ADP-nin belə bir qərar verməsinə təsir göstərib-göstərmədiyinə gəlincə, S.Cəlaloğlu dedi ki, seçkilərdən imtina etmələrində hakim partiyanın siyahısının qətiyyən heç bir rolu olmayıb: “YAP-ın siyahısında cəmiyyətin tanıdığı adamlar yox dərəcəsindədir. O namizədlərin böyük əksəriyyətini cəmiyyət tanımır. Heç YAP-ın üzvləri də onları tanımır. Bu baxımdan, əksinə, YAP-ın belə siyahısı seçkilərdə iştiraka daha böyük stimul verərdi. Amma biz Demokrat Partiyasıyıq və bizim əsas hədəfimiz Azərbaycanla Avropa arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın Avropatlantik məkana inteqrasiyasına nail olmaqdır və sairdir. İndiki halda isə Azərbaycanla Avropa arasında elə bir gərgin konfrantasiya var ki, hətta kimsə deputat olacağı təqdirdə belə, məqsədlərinə çata bilməz. Bizim addımımız siyasi reallıqları düzgün qiymətləndirməkdir. Bunu belə qəbul etməyiniz daha düzgün olardı. Mən şəxsən özüm imzaları da toplamışdım. Ancaq son günlərdəki vəziyyəti dəyərləndirib geri çəkildik”.

Seçkidə iştirak edən yeganə seçki bloku “Azadlıq 2015"dən prosesi yarımçıq saxlayıb boykota getmək çağırışları səslənməyə başlayıb.

Blokdakı tanınmış müxalifət təşkilatı KXCP-nin sədri Mirmahmud Mirəlioğlu açıqlamasında boykota gedə biləcəklərinin anonsunu verib. M.Mirəlioğlu deyib ki, 20-dən artıq dairədə blokun namizədlərini qeydə almırlar.

KXCP sədri bütün bu hallara qarşı etirazını bildirməklə bərabər növbəti addımların da anonsunu verib: “Hakimiyyətdə güclü bir xətt var. Bu xətt bütövlükdə Rusiya xəttidir. Hazırkı Avropa-Azərbaycan münasibətlərini bütün istiqamətlərdə daha da pisləşdirmək, ziddiyyətləri dərinləşdirmək, həm də seçkidə boykot yolunu tutanların sayını artırmaq istəyirlər. Biz də heç bir çətinlik çəkmədən istədiklərini onlara verə bilərik”.

Qeyd edək ki, “Azadlıq 2015" seçki blokunu 7 partiya təsis edib. ADP-nin ardınca ”Azadlıq 2015"dən seçkidən geri çəkilmək barədə xəbərdarlığın gəlməsi ölkə siyasətində, seçki kampaniyasında indiyə qədər rast gəlinməyən hadisə olacaq. Göründüyü kimi, KXCP sədri də açıqlamasında Azərbaycanın Avropa ilə münasibətlərinin korlanmasını xüsusi vurğulayır və ardınca seçkidən geri çəkilə biləcəklərini dilə gətirir. Avropa Parlamentinin ötən həftə Azərbaycan hakimiyyətini qəzəbləndirən məlum qətnaməsindən az sonra müxalifət partiyalarının seçkidən imtina etməyə başlaması və səbəblərdən biri kimi Avropa Birliyi ilə münasibətlərin korlanmasının göstərilməsi adi sayıla bilməz.

Müxalifət partiyalarından birinin rəhbərliyinə daxil olan şəxs əməkdaşımıza olduqca maraqlı informasiya verib. Onun dediyinə görə, aparıcı müxalifət partiyalarının seçkidən çəkilməsindən sonra Avropa Birliyi və ATƏT-dən daha bir sərt qətnamə gələcək və adıçəkilən beynəlxalq təşkilatlar “müxalifətin iştirak edə bilmədiyi seçkinin nəticələrini tanımırıq və belə seçki ilə keçirilmiş parlament legitim sayıla bilməz” bəyanatını verəcəklər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi

    Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi ...

    11-10-2013, 12:37

  • 
  • ALDP sədri namizədliyini geri götürdü

    ALDP sədri namizədliyini geri götürdü ...

    9-03-2018, 15:38

  • 
  • ADP Rafiq Əliyevin vahid namizədliyini təklif edir

    ADP Rafiq Əliyevin vahid namizədliyini təklif edir ...

    15-06-2013, 01:09

  • 
  • Müsavat Partiyası seçkilərdə iştirakdan imtina etdi

    Müsavat Partiyası seçkilərdə iştirakdan imtina ...

    28-10-2015, 16:42

  • 
  • ADP-çi gənclərin polis bölməsinə gəlmələri tələb olunur

    ADP-çi gənclərin polis bölməsinə gəlmələri tələb ...

    29-07-2013, 17:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu