GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qəbələ polisi ilə bağlı ilginc iddia

Qəbələ polisi ilə bağlı ilginc iddia

Tarix: 18-09-2015, 13:16 Bölmə :Ölkə Baxış: 0
Qəbələ polisi ilə bağlı ilginc iddia

Mətbuatda gedən məlumatlara görə 13 sentyabr axşam saatlarında Qəbələdə “VAZ 2107” markalı avtomobil sərnişinlə dolu mikroavtobusla toqquşub.
Nəticədə hər iki avtomobildəki sərnişinlərin biri hadisə yerində keçinib, digərləri isə ağır yaralanıb və təcili Qəbələ Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların 3-nün vəziyyəti çox ağır olduğundan onları Bakıya gətiriblər. daxil olan məlumata görə, hadisənin baş verməsinə səbəb yol polislərinin onları təqib etməsi olub. Elə buna görə də, xəsarət alanların qohumları Qəbələ rayonunun yol polis bölməsinin rəisi Fariz Həsənov və onun müavini Aydın Heydərovla bağlı aidiyyəti qurumlara müraciət ediblər. Zərərçəkənlərin yaxını İldırım Səmədovun mətbuata verdiyi açıqlamaya görə, polislər qəzaya səbəb olandan sonra hadisə yerindən qaçıblar: “Dünən axşam qardaşım Əhmədyar Səmədov və onun yoldaşı Gülxarə Səmədova, bacım Çeşminaz Ağayeva və yoldaşı Cumar Ağayev toydan gələrkən bu hadisə baş verib. Belə ki, yol patrul xidmətinin əməkdaşları yaxınlaşıb, onları qovaraq “saxla” əmri verib. Ən pis hal odur ki, polislər onları dar körpüdə qovub. Onlar da saxlamaq istəyəndə çaşıblar. Çünki həmin körpüdən sonra enli yol gəlirmiş. Qardaşım da həmin enli yolda saxlamaq istəyəndə qəza baş verib. Maşın körpünün qırağında olan səkiyə dəyib və maşını “Qazel”in altına tullayıb. Hadisənin olmasına şərait yaradan Qəbələ Rayon yol polisi bölməsinin rəisi Fariz Həsənov və onun müavini Aydın Heydərov hadisə yerindən qaçıblar. Onların insanlığı belə olmayıb. Hadisəni törədiblər, amma yaralılara yardım göstərmədən hadisə yerindən qaçıblar. Ən böyük bədbəxtçilik budur. Artıq hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişik”. İ.Səmədovun sözlərinə görə, xəsarət alanların vəziyyəti pisdir: “Hadisədən sonra xəsarət alanlar xəstəxanaya gətirilib. 1 saatdan sonra bacımın yoldaşı Cumar Ağayev keçindi. Qardaşım Əhmədyar Səmədov isə ciddi xəsarətlər alıb. Bacım Çeşminaz Ağayevanın qolu iki yerdən qırılıb, başı zədə alıb və çənə sümüyü qırılıb. Bacım Çeşminazı tərpətmək heç mümkün deyil. Qardaşımın yoldaşı Gülxarə Səmədovanın vəziyyəti ağır olduğu üçün Bakıya göndərdik. Belə ki, onun sifət və çənə sümükləri qırılıb arxaya gedib”. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mətbuata açıqlamasında bildirib ki, hadisənin baş verməsinə səbəb sürücünün avtomobili içkili halda idarə etməsi və yol hərəkəti qaydalarını kobud surətdə pozması olub: “Hadisənin baş verməsi polislərin onları təqib etməsi ilə bağlı deyil. Səbəb həmin sürücünün içkili halda avtomobili idarə etməsi, yol hərəkəti qanunlarını pozmasıdır. Avtomobilin sürücüsü polislərin saxla əmrinə tabe olmayaraq, hərəkətin əks istiqamətinə çıxaraq başqa avtomobillə toqquşub. Burada polislərin heç bir günahı yoxdur”. Orxan Mansurzadə qəzadan sonra polislərin hadisə yerindən qaçması barədə deyilənləri də əsassız sayır: “Qəza baş verdikdən sonra polislər hadisə yerinə təcili tibbi yardım maşınlarını və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırıblar. Hətta xəsarət alanların xəstəxanaya yerləşdirilməsi prosesində də iştirak ediblər. Ona görə də, polislərin hadisə yerindən qaçmaları barədə deyilənlərin heç bir əsası yoxdur”. …Bu gün Qəbələ RPŞ-nin rəisi Etibar Abduyev və Qəbələ DYPB-nin rəisi Fariz Həsənovla bağlı yeni məlumatlar verilib. Məlumatda bildirilir ki, baş vermiş hadisədən sonra RPŞ-nin rəisi Etibar Abduyev Fariz Həsənovu cəzalandırmaq əvəzinə onun müdafiəsinə qalxıb. Bütün bunlar Etibar Abduyevlə Fariz Həsənovun uzun illər dostluq münasibətlərindən irəli gəlir. İctimaiyyətə bəllidir ki, Etibar Abduyev vaxtı ilə ildırım sürəti ilə gəlib Qəbələ RPŞ-nin rəisi olub. Etibar Abduyev əslən Qəbələdəndir və uzun illər Abşeron RPŞ-nin sahə inspektoru vəzifəsində xidmət edib. O vaxtlar onun bir başa rəisi Abşeron RPŞ-nin xidmət üzrə rəis muavini və hazırda Bakı şəhərinin Nizami RPİ-nin rəisi Nofəl Məhərrəmov olub.

Nofəl Məhərrəmovun demək olar ki, Etibar Abduyevə antipatiyası olub. Səbəb isə … O vaxtlar Etibar Abduyev ona Qəbələdən kisələrdə göndərilən qoz-fındığı xidməti formada Təzə bazara aparıb satanda DİN-in 7- ci idarəsinin əməkdaşları tərəfindən fotosu çəkilib. Nofəl Məhərrəmovun xoşlamadığı digər şəxs isə Abşeron DYPB-nin baş inspektoru vəzifəsində xidmət edən Fariz Həsənov olub. Həmin vaxt ən çox şikayətlər Fariz Həsənovun yollardakı əməllərindən olardı. Sonra Nofəl Məhərrəmov polis rəisi təyin olundu və bir neçə il sonra Etibar Abduyev də ildırım sürəti ilə Qəbələ RPŞ-nin rəisi təyin olundu. İki rəisin maraqlı görüşü olub. Şahidlərin dediyinə görə, bu görüş DİN-də keçirilən kollegiya iclasında baş verib. Nofəl Məhərrəmova yaxınlaşan Etibar Abduyevin ilk sözü bu olub ki, rəis məni təbrik elə, mən də rəis oldum… Nofəl Məhərrəmov isə cavab verin ki, ayə, sən burda nə gəzirsən..? Etibar Abduyev isə bir daha bildirib ki, mən Qəbələ RPŞ-nin rəisi təyin olunmuşam. Nə isə.. indi isə qayıdaq sentyabırın 13-ü axşam saatlarında baş verən hadisəyə. Qəbələ rayonundan əldə etdiyimiz məlumata görə, Etibar Abduyev Fariz Həsənovu müdafiə edir. Niyə..? Deməli belə çıxır ki, Etibar Abduyevlə Fariz Həsənov Abşeron RPŞ-də xidmət edərkən ən çox şikayət daxil olan polis əməkdaşları siyahısında olduqları üçün, bu gün rəis öz işçisinin müdafiəsinə qalxıb. Bəlkə də, Fariz Həsənov Etibar Abduyevin bilmədiyimiz məcaralarının canlı şahididir..? Bəs özü necə iştirakçısıdırmı?/aznews.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Rəis ölümə səbəb olub, hadisə yerindən qaçdı

    Rəis ölümə səbəb olub, hadisə yerindən qaçdı ...

    15-09-2015, 16:40

  • 
  • Şəmkirdə iki avtomobil toqquşub, 4 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB-3

    Şəmkirdə iki avtomobil toqquşub, 4 nəfər ölüb, 3 ...

    16-06-2016, 23:09

  • 
  • İki minik maşını toqquşub, 5 nəfər ağır xəsarət alıb

    İki minik maşını toqquşub, 5 nəfər ağır xəsarət ...

    18-09-2015, 23:16

  • 
  • Qubada ağır yol nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb

    Qubada ağır yol nəqliyyat hadisəsi baş verib, 2 ...

    13-12-2014, 23:44

  • 
  • Bərdədə baş vermiş ağır yol qəzasında 5 nəfər xəsarət aldı

    Bərdədə baş vermiş ağır yol qəzasında 5 nəfər ...

    30-07-2017, 16:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu