Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 17-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Qazax rayon sakini Bilal Mustafayevin idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Hacıqabul rayon sakini Cavid Zərbalının idarə etdiyi "MAN" markalı yük avtomobili toqquşub.
Nəticədə B.Mustafayevin sərnişinlərindən Bakı şəhər sakini Cahangir Cahangirov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, dünən Bakı-Sumqayıt yolunda "Ford" markalı mikroavtobus dəmir arakəsmələrə çırpılmış, nəticədə 3 nəfər ölmüş, 9 nəfər yaralanmışdı. Eyni markalı mikroavtobusla daha bir qəza isə Nəvai postunun yanında baş verib. Həmin qəzada da ölüm qeydə alınıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?