Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanın neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
İbrahimov Şikar Allahverdi oğlu İslamov İslam Zəli oğlu Yusubov Namaz Puti oğlu
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar mühəndis”
Ağayev Sərvər Səfərxan oğlu
Məmmədov Aqil Nəcəfəli oğlu
Ramazanov Fazil Əziz oğlu
Səfərov Rüfət Mirzəbəy oğlu
Zülfüqarov Elçin İzzətəli oğlu
“Əməkdar hüquqşünas”
Orucov Eldar Ağaverdi oğlu
Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif edilsinlər:
"Şöhrət" ordeni ilə
Bəylərbəyov Vitaliy Vladimiroviç Qənbərov Qabil Ağasəf oğlu
"Şöhrət" ordeni
"Tərəqqi" medalı ilə
Ağayeva Nabat Qubat qızı Arzumanzadə İmran Yaqub oğlu Bayramov Faiq Qiyafəddin oğlu Bayramov Yusif Muhmademin oğlu Binyatov Cahangir Murtuza oğlu Cəbrayılov Cəbrayıl Səfər oğlu Eminov Ədalət Şirin oğlu Əhmədov Vidadi Hüseyn oğlu Əhmədzadə Ədnan Azər oğlu Əliyev Samid Qalib oğlu Əliyev Tərlan Allahverdi oğlu Gülbabayev Məhəmməd Muxtar oğlu Hacıyev Əkbər Hacı oğlu Hümbətov Bəhruz Yusif oğlu Hüseynov Elbrus Əli oğlu Hüseynova Natiqə Sahib qızı İbrahimov Fazil Səttar oğlu İmanov Vahid Məhərrəm oğlu İsmayılov Səfər Yunis oğlu Qafarov Nazim Əli oğlu Qarayev Ayaz Ağaverdi oğlu Qasımov Ənvər Allahyar oğlu Quliyev Zeynalabdin Həmid oğlu Mehdiyeva Xuraman Həzi qızı Məmmədov Dilqam Qədir oğlu Məmmədov Rəcəb Mösüm oğlu Məmmədov Şahzadə Qılman oğlu Mir Babayev Mir Yusif Fazil oğlu Mürsəlov Gündüz Abasqulu oğlu Mürşüdov Alməmməd Abdul oğlu Nəcəfov Firudin İsa oğlu Ramaldanov Meyvəddin Əmirçoban oğlu Rəcəbov Yaşar Kazım oğlu Rüstəmov Nağı Bəxtiyar oğlu Süleymanov Fuad Salman oğlu Süleymanov Rasim Mənsur oğlu Şamilov Valeh Məmməd oğlu Şıxəliyev Yusif Ataman oğlu Şıxəlizadə Tokay Murad oğlu Şiriyev Eldar Ataxan oğlu Yavuz Kenan Mecit Yunusov Ramiz Əlibaba oğlu
"Tərəqqi" medalı
Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilir. Qeyd edilən tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib. "Neftçilər günü"ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir. 20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci ildönümü münasibəti ilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçirilib.Bu görüşdən sonra hər il 20 sentyabrda Azərbaycan Prezidenti Heydər Əliyevin neft-qaz sənayesi kollektivləri ilə görüşləri mütəmadi xarakter alıb.
Bu gün “Neft Daşları” kimi tanınan məkan bəzən dünyanın səkkizinci möcüzəsi, yeddi gəmi adası, möcüzələr adası da adlandırılıb. Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə yerləşən Neft Daşları dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə salınıb. Əfsanəvi Neft Daşlarının kəşfi neftçi-geoloq Ağaqurban Əliyevin adı ilə bağlıdır. Ərazidə ilk kəşfiyyat buruğunun yerini məşhur neftçi Yusif Səfərov müəyyənləşdirib, ilk kəşfiyyat quyusunu isə Mixail Kaveroçkinin briqadası qazıb. 1948-ci il noyabrın 14-də yağışlı, tufanlı bir gündə “Qara daşlar”a “Pobeda” gəmisində 23 nəfərdən ibarət qrup gəlir. Onlar ilk qazma qurğusunu və briqada üçün kiçik evcik tikirlər. Xərclərə qənaət məqsədilə 7 istifadəsiz iri gəmi gətirilərək “Qara daşlar”ın yanında basdırılır. Gəmilər neftçiləri dalğalardan qoruyur, onlar üçün ev, anbar, idarə, istirahət yeri olur. Bu səbəbdən də həmin illərdə “yeddi gəmi adası” ifadəsi işlədilir. 1949-cu il noyabrın 7-də ilk yatağın 942 metr dərinliyindən neft fəvvarə vurur və bununla da dənizdə neftçıxarmanın əsası qoyulur. Quyunun gündəlik istismarı 100 ton idi. Bu nailiyyətin şərəfinə ərazinin əvvəlki adı “Qara daşlar” “Neft Daşları” ilə əvəzlənir. Üç il sonra burada dünyada ilk dəfə olaraq estakadalar tikilir. 1957-ci il noyabrın 21-də güclü qasırğa zamanı 21 nəfər faciəli şəkildə həlak olur. Çətin dəniz şəraitində çalışan, dalğalarla üz-üzə qalan qəhrəman neftçilərimiz 1958-ci ildə “Neft Daşları”nda yeni qəsəbənin bünövrəsini qoyurlar. Neft Daşları haqqında “Möcüzələr adası”, “Qara daşlar”, “Xəzər neftçiləri haqqında povest”, “Dəniz fatehləri”, “Dənizdə möcüzə”, “İki Xəzər”, “Polad dirəklər üzərində şəhər”, “Neft Daşları - su üzərində şəhər” və digər filmlər çəkilib.
Sorğu
Yeni dizaynımız necədir?