GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Günün qoroskopu: 28 Sentyabr 2015

Günün qoroskopu: 28 Sentyabr 2015

Tarix: 28-09-2015, 00:11 Bölmə :Ölkə Baxış: 0
Günün qoroskopu: 28 Sentyabr 2015

Qoç - günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Dialoqa meylli insan təsiri bağışlayın. Çətin problemləri emosiyaları gərmədən həll etmək olar. Müşavirələr, ünsiyyət, hüquqşünasla məsləhətləşmə üçün yaxşı zamandır.

Günün ikinci yarısında eqosentrist olmayın, rəsmiyyətçiliyə ikrahla baxmayın. Yaşlı qohumlarla təmaslarda aqressiv davranmayın. Dövlət qurumlarının mənsubları ilə danışıqlarda diqqətli olsun.

Vaxtından əvvəl təşəbbüslərlə çıxış etməyin. Qarşı tərəfi dinləməyə çalışın.

Buğa - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə harmoniyanın təşəkkül tapmasana çalışın. Həmkarlar, tərəfdaşlar, şəriklərlə ünsiyyət ön plana çıxacaq. İşdə rəhbərliklə müzakirələr aparın.

Peşəkar etiketin tələblərinə diqqətlə yanaşın.

Günün ikinci yarısında işgüzar prosesi poza biləcək addımlar atmayın. Gərəkli korrektivlərdən, zəruri düzəlişlərdən yayınmayın.

Hansısa sənədin dəqiqləşdirilməsinə, təcili müzakirəyə ehtiyac duyulur.

Əkizlər - faydalı məlumat əldə etməyə can atın. İnformasiya axını intensiv olacaq. İrəliləyin, uğurlara nail olmaq üçün tərəfdaşlığı gücləndirin. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin. Prioritetləri yeniləyin.

Günün ikinci yarısında uzunmüddətli tərəfdaşlığa başlamaq olar. Fərqli təmaslar riskli olsa da, qısamüddətli avantüraya başlamaq olar. Yaradıcılıq arealını genişləndirin. Yaxın qohumlardan və dostlardan biri ilə bağlı xoş xəbər alacaqsınız. Fərdi seçimdə dürüst olun.

Vicdanınızla sövdələşməyə çalışmayın.

Xərçəng - işlərinizdə tərəqqiyə və yaxşı nəticələrə nail olmaq istəyirsinizsə, kollektiv fəaliyyətə üstünlük verin. Daşınmaz əmlak məsələləri ilə daha sıx və aktiv şəkildə məşğul olmaq olar. Variantları arayın, rieltorlarla görüşün, hüquqşünaslar və potensial alıcılarla, yaxud satıcılarla danışın, sənədləri hazırlayın.

Günün ikinci yarısında təməl prinsipləri qulaqardına vurmayın. Önəmli məsələlərdə diqqətli davranın. Yaşam arealınızda qayda yaradın. Fərqli istiqamətlərdə sıçrayışları reallaşdırmaq üçün məqsədləri konkretləşdirin.

Axşam saatlarında gəzintiyə çıxın.

Şir - yaxın ətrafınızdakı insanlarla aktiv təmaslarda olun. Əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla müzakirələri səngitməyin. Yeni tərəfdaş və ya şəriklər arayın. Dövlət qurumları ilə yanaşı, qeyri-rəsmi strukturların və kommersiya təşkilatlarının mənsubları ilə əməkdaşlığa başlamaq olar.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla yeni layihəyə başlaya bilərsiniz. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün diqqət mərkəzində olun. Kölgəyə çəkilməyin.

Axşam saatlarını ailə üzvlərinə ayırın.

Qız - faydalı məlumatlar əldə etməyə can atın. Müqavilələri və sazişləri dəqiqləşdirin, ödənişlərdə və hesablamalarda diqqətli olun. Anlaşmaların mübahisəli məqamlarını təhlil edin. Elektron servislərdən istifadə edin.

Günün ikinci yarısında alış-verişə yollananda nə alacağınızı dəqiq bilin.

Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik etməyin. Spontan addımlar yalnız zərər verə bilər.

Axşam saatlarında normal istirahət edin.

Tərəzi - tarazlığı qoruyun, mütənasibliyi poza biləcək radikal addımlar atmayın. Müstəqilliyə ifrat dərəcədə can atsanız, situasiyaya kobud müdaxilələrə rəvac verəcəksiniz. Pedant olun, amma aradabir yaradıcılıq axtarışlarına çıxın.

Hakim, qiymətləndirici, vasitəçi və ya müşavir rollarından birini oynamaq məcburiyyətində qala bilərsiniz.

Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə ən zəif yeriniz nəzakətdir. Yaxın ətrafınızdakı insanlardan birinin sizin ehtiyaclarınızı tam anlayacağını düşünməyin. Eqoist, təşəxxüslü olmayın.

İstəklərinizi pərdələməyin. Niyyət və arzularınızı dilə gətirin.

Əqrəb - danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Sənədləşdirmədə dəqiq olun, səhvlərə yol verməyin. Birgə layihələrin həyata keçirilməsində detallara fikir verin. Aqressiv olmayın. Sərt ritorika heç bir nəticə verməyəcək.

Günün ikinci yarısında ilkin razılaşdırmalar olmadan yeni layihəyə başlamayın. Mühüm məsələləri götür-qoy etmədən təhlilə uğratmayın. Bəzi məqamları maraqlı tərəflə təklikdə danışmaq daha yaxşıdır.

Fərdi məlumatların təhlükəsizliyini yoxlayın. Mühüm infomasiyanı əldə etmək üçün bütün vasitələrdən yararlanın. Kiminsə sizə etibar etdiyi sirri yaymayın.

Oxatan - məhsuldar və yaxşı gündür. Ünsiyyət əvəzinə işə üstünlük verin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Hər şeyi şəxsi mənafeyə qurban verməyin. Ambisiyalarınızda ifrata varmayın. Dəyər verdiyiniz insanların təməl istəklərini və ehtiyaclarını nəzərə alın.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla təmaslarda həddi aşmayın. Səmimi, nəzakətli olun. Təfərrüatlarına bələd olmadığınız situasiyalarda düşünülməmiş atılan addımlar sonradan ağır fəsadlara səbəb ola bilər.

Perspektiv əlaqələrə üstünlük verin.

Oğlaq - məqsədləri konkretləşdirin, hədəfləri təftişə uğradın. Karyera müstəvisində inkişaf, gərəkli çevrələrdə əlaqələrin möhkəmlənməsi, peşəkar biliklərlə bacarıqların artırılması, ümumi informatik səviyyənin yüksəldilməsi - bütün bunlar aktualdır. İş yerində toplantı, rəhbərliklə müzakirə, rəsmi instansiyalardan birində aktiv təmaslar və müqavilələrə yenidən baxılması istisna deyil.

Günün ikinci yarısında layihəni genişləndirin. Mövcud qaydalar çərçivəsindən kənara çıxmayın. Hisslərə qapılmayın. Sərf etdiyiniz enerji ilə gördüyünüz işin sonucları arasında ədalətli nisbət olmalıdır.

Dolça - bilikləriniz, bacarıqlarınız, məlumatlarınızdan yararlanın. Uzunmüddətli tərəfdaşlığa, yeni layihəyə başlamaq olar. Dünyagörüşünüzü artırın, təcrübənizi genişləndirin. Təhsil, hüquq, elm, proqramlaşdırma, turizm, səhiyyə sahəsində fəaliyyət göstərənlər üçün əlverişli zamandır.

Günün ikinci yarısında indiyədək əldə etdiyiniz təcrübədən və baza materiallardan yararlanın. Elektron ödənişlərə üstünlük verin. Belədə daha maraqlı işlər üçün vaxtınıza qənaət edə bilərsiniz.

Tərəfdaş və şəriklərlə təmaslarda ədalətli, vicdanlı davranışın ən yaxşı siyasət olduğunu unutmayın.

Balıqlar - intizamlı olmasanız, görəcəyiniz işlə bağlı yetərincə məlumatlar əldə etməsəniz, gün pis başlayacaq. Uğursuzluğa düçar olmamaq üçün diqqətli və sayıq davranın. Hər şey ani qaydada əldə olunmur. Sizdən tələb olunanları anlayın və yaranmış durumdakı şərtləri çək-çevirsiz qəbul edin.

Günün ikinci yarısında intuisiya işlək deyil. Qaydalara, situativ modellərə, təlimatlara əməl edin. Ağır və çətin şəraitdə ifrat dərəcə müstəqil olmağa can atmayın. Mütəxəssisdən yardım istəməkdə qəbahət yoxdur. Dövlət qurumlarına baş çəkməyi ertələməyin. Bu minvalla çoxsaylı suallara cavab tapmaqla yanaşı, səhvlərdən də sığortalana bilərsiniz.

Milli.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Günün qoroskopu: 13 Oktyabr 2015

    Günün qoroskopu: 13 Oktyabr 2015 ...

    13-10-2015, 02:09

  • 
  • Günün qoroskopu: 15 Oktyabr 2015

    Günün qoroskopu: 15 Oktyabr 2015 ...

    15-10-2015, 01:13

  • 
  • Bürclər - 3 yanvar 2015

    Bürclər - 3 yanvar 2015 ...

    3-01-2015, 00:18

  • 
  • Günün qoroskopu: 17 Oktyabr 2015

    Günün qoroskopu: 17 Oktyabr 2015 ...

    17-10-2015, 01:02

  • 
  • Bürclər - 12 dekabr 2014

    Bürclər - 12 dekabr 2014 ...

    12-12-2014, 00:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu