Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) "SST Mühəndislik və Maşınqayırma" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.
Report-un xəbərinə görə, "Aztelekom" MMC-dən maddi ziyanın ödənilməsini tələb edir.
İddia olunan maddi ziyanın məbləği açıqlanmır.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, "Aztelekom" 1992-ci ilin avqust ayında yaradılıb.
Bakıda fəaliyyət göstərən "SST Mühəndislik və Maşınqayırma" şirkəti sənaye və istehsal, maşınqayırma, tikinti, təmir və təkmilləşdirilmə, mühəndislik xidmətləri və tikinti layihələri ilə məşğul olur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?