GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xanlar Fətiyevlə bağlı ilginc faktlar - İDDİA

Xanlar Fətiyevlə bağlı ilginc faktlar - İDDİA

Tarix: 28-09-2015, 17:07 Bölmə :Ölkə Baxış: 0
Xanlar Fətiyevlə bağlı ilginc faktlar - İDDİA

Qarşıdan gələn parlament seçkiləri ilə bağlı öncədən olan "ciddi dəyişikliklər olacaq”, "hakim komanda islahatlara gedir” kimi ümidlər puç olmaqdadır.

Yeni Azərbaycan Partiyasının (YAP) siyahısında yeni adlara rast gəlinsə də bu ümumi planda azlıq təkil edir və yenə də "köhnələr”in, yəni susqun biznesmen deputatların ali qanunverici orqanda üstünlük təşkil edəcəyi anlamına gəlir.

"Deputatınız: Ona səs verməyə dəyərmi?” başlıqlı yazıda 39 saylı Kəpəz Birinci Seçki Dairəsindən YAP-ın namizədi Xanlar Fətiyevlə bağlı şok bilgilər yayılıb:

Xanlar Fətiyev kimdir?

Milli Məclisin "dilsiz” deputatlarından sayılan Xanlar Fətiyev 15 yanvar 1972-ci ildə Bakı şəhərində doğulub. 1988-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənaye və mülki tikinti fakültəsinə daxil olub. İş fəaliyyətinə 1988-ci ildə "Azərtransqaz” nəzdində 2 saylı səyyar mexanikləşdirilmiş dəstədə fəhlə kimi başlayan deputat 1990-1991-ci illərdə "Betonçu” kooperativində iqtisadiyyat və istehsalat üzrə mühəndis, 1992-1994-cü illərdə isə həmin kooperativdə sədr vəzifəsində işləyib.

O, 1994-1997-ci illərdə "Elruz” kiçik müəssisəsində sədr, 1997-2003-cü illərdə "Avestas” firmasının baş direktoru, 2003-2004-cü illərdə "Aznur” MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2004-cü ildən bu günə kimi isə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində işləyir. 39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsindən Milli Məclisə deputat seçilib. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. Rəhbərlik etdiyi "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru vəzifəsini Kamran Qılman oğlu Nəzərov, direktorun birinci müavi postunu Bağban Qoca oğlu Nəbiyev, direktor müavini vəzifələrini isə Şəhla Fərhad qızı Abdinova, Etibar Vilayət oğlu Qasımov, Amin Allahverdi oğlu Əliyev icra edir.

Milyonları necə qazandı?

Məlumatlarda deputatın rəhbərlik etdiyi Gəncə Avtomobil Zavodunda MAZ 555102-223-600, MAZ 551605-271, MAZ 650108-270-011, MAZ 457043, MAZ 533605-222, MAZ 544005-030-030, MAZ 642208-232, MAZ 643008-070- 010, MAZ 651608-220-600, MAZ 953000-014 markalı yük maşınlarının, BELARUS 1221, BELARUS 132H, BELARUS 320, BELARUS 321, BELARUS 80.1, BELARUS 80X, BELARUS 82.1, BELARUS 892, BELARUS 921.3 markalı traktorların, eləcə də DEM-114, ESU-150, FRS-200M, KO-456-10, KO-456-16, KS-55727-1-11, M-21 x2s, MUP-320 və MUP-351 markalı xüsusi təyinatlı texnikaların baha qiymətə satıldığı vurğulanır.

Bundan başqa, 1986-cı ildə əsası qoyulmuş "Gəncə Avtomobil Zavodu”nun sovetlər birliyinin dağılması nəticəsində tikintisinin yarımçıq qaldığını və yalnız 2004-cü ilin dekabrında işə düşdüyünü vurğulayan məlumatı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, deputat zavodun 35 hektar ərazisini də ucdantutma satıb. Onun haqqında yayılmış digər məlumatlarda isə bildirilir ki, deputat zavoda da çox ciddi maxinasiya hallarına yol verib.

Gəncədən "fayton gəlir”, yoxsa milyon?..

"Xanlar Fətiyevin daha bir "keyfiyyəti” Kür çayından Gəncə Avtomobil Zavoduna, eləcə də Avtomobilçilər qəsəbəsinə gələn 10 kilometrlərlə iri diametrli dəmir boruların satılaraq mənimsənilməsi zamanı üzə çıxıb. Amma Gəncə Avtomobil Zavodu bu günə kimi ayrılan külli miqdarda investisiyaya baxmayaraq, müəssisə müstəqil olaraq heç bir maşın növü istehsal edə bilməyib. Ötən il ərzində zavodda 1000-ci traktor konveyerdən çıxsa da, "Aqrolizinq” ASC ilə aralarında bağlanmış 35 milyon manatlıq dəyərində 500 ədəd traktorun qiymətlərini süni olaraq şişirtməklə 10 milyondan çox vəsaitin mənimsənildiyi iddia olunur. Bundan başqa, qısa müddət ərzində Gəncədə traktor istehsalının artırılması Belarusdan gətirilmiş texniki hissələrin gömrük rüsumundan azad olması ilə izah edilir. Lakin ehtiyat hissələrinin ucuz başa gəlməsinə baxmayaraq, yığılan traktorun qiyməti 25-30 min manata satılır. Yəni Xanlar Fətiyev bu sahədə şəffaflığın olmamasından yararlanaraq külli miqdarda gəlir əldə etməyə müvəffəq olur. Yəqin ki, müvafiq dövlət qurumları tezliklə bu məsələyə aydınlıq gətirəcəklər”, – deyə mənbə bildirir.

Bakıdakı biznesinin izi ilə…

İddia edilir ki, Xanlar Fətiyevin Gəncə şəhəri ilə yanaşı, Bakıda da biznes şəbəkəsi yarada bilib. Belə ki, onun paytaxtın Yasamal rayonunda bir neçə iri biznes obyekti var. Deputat olduğu müddətdə Bakıda özünə iri biznes strukturları qurmağa müvəffəq olan deputatın Yasamal və Nəsimi rayonlarında bir neçə apteki və digər obyektləri fəaliyyət göstərir: "Hələ bu azmış kimi, bu gün də şəhərdə yeni obyektlər də tikdirir. Bu isə sakinlərin ciddi narazılığına səbəb olur. Buna "Sovetski”də də şahid olduq. Çünki Xanlar Fətiyevin göstərişi əsasında aparılan tikinti işləri "Sovetski” sakinlərini evlərindən didərgin düşməyə məcbur etdi. Ona bu işdə Yasamal Rayon İcra Hakimiyyətinin də köməyi az dəymədi”.

Onu kimlər himayə edir?

Mənbə bildirir ki, Fətiyev ötən ilin aprel ayında Milli Məclis Aparatının Ümumi şöbəsinin müdiri Təlatüm Quliyevlə qohum olub. Kürkəni Böyükağa Quliyev isə AZAL Dövlət Konsernində işləyir. Bundan əlavə, mənbə cumhuriyyet.az-a bildirib ki, deputat hər yerdə Baş nazir Artur Rasizadə ilə də yaxın qohumluq əlaqələrinə malik olduğu deyir. Gəncə Atomobil Zavodunun rəhbəri olmasını da bununla izah edir. Bu informasiyanın da nə dərəcə doğru olub-olmadığı bir tərəfə, deputatın Azərbaycan Respublikasının Konstitusiyasını pozaraq, biznesmenə çevrilməsi ciddi suallar ortaya qoyur. Çünki qanunda deputatın biznes fəaliyyəti ilə məşğul olması birmənalı olaraq qadağandır. Maraqlıdır ki, Fətiyevə bu qadağanı pozmağa kim səlahiyyət verib?

Parlamentdə susub, biznesdə danışmaq

Məlumatda vurğulanır ki, Fətiyevin deputat olduğu bu müddət ərzində bircə dəfə olsun parlamentin iclaslarında çıxış etməməsi seşçiciləri tərəfindən həmişə qınaqla qarşılanıb. Maraqlıdır, görəsən, deputat niyə danışmır? Məgər, onun mətbuat vasitəsilə seçicilərinə, ictimaiyyətə, geniş auditoriyaya deyəcək sözü yoxdurmu? Yoxdur, çünki deputatı seçicilərinin problemi deyil, sahib olduğu milyonların gələcək taleyi düşündürür. Mətbuatda ise Fətiyevin bir neçə açıqlamasına rast gəlmək olar ki, bu da "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi və "Kəpəz” futbol klubu ilə bağlıdır. Bu məsələ onun üçün daha çox önəm daşıyır. Ona görə də biznesinin və əldə etdiyi milyonların gələcək taleyi onu daha çox narahat edir.

Yarıtmazlıq

Fətiyev bu günə qədər iki federasiyaya rəhbərlik edib. Amma heç birində işininin öhdəsindən gəlməyib. Rəhbərlik etdiyi hər iki federasiyadakı işi sözün əsl mənasında fiasko ilə nəticələnib. Başlayaq Gəncə Futbol Federasiyasından. Xanlar Fətiyev ölkənin ikinci ən böyük şəhərinin futbol federasiyasına Qərb bölgəsində futbolun inkişafına nail olmaq üçün gətirilmişdi.

AFFA rəhbərliyinin səyləri nəticəsində Gəncə Futbol Federasiyası yaradıldı və Xanlar Fətiyev onun rəhbəri təyin edildi. Amma millət vəkili həm federasiyaya, həm də "Kəpəz”ə rəhbərliyi dövründə nəyinki heç bir irəliləyişə nail olmadı, əksinə klubu tamamilə dağıtmaqla yadda qaldı. Kluba ayırdığı cüzi maliyyəni də ora yerləşdirdiyi qohumları və yaхın adamları yedi, "Kəpəz” faktiki olaraq tariхin yaddaşına qovuşdu (indi AFFA rəhbərliyi klubu yenidən bərpa edib). Əslində, Xanlar Fətiyevin məqsədi heç də futbolun inkişafına dəstək vermək deyildi. Millət vəkili olmaqla yanaşı, Gəncə Avtomobil Zavoduna və böyük biznes imperiyasına rəhbərlik edən Xanlar Fətiyevin məqsədi "futbola dəstək” adı ilə yeni biznes imkanları əldə etmək, müəyyən güzəştlərə nail olmaq idi ki, istəyinə nail oldu.

Xanlar Fətiyev hazırda Azərbaycan Üzgüçülük Federasiyasına rəhbərlik edir. Amma bu federasiyada da yumşaq desək işlər ürəkaçan deyil. Demək olar ki, Üzgüçülük Federasiyasının heç bir fəaliyyəti görünmür. Düzdü, müəyyən yarışlar keçirilir, хarici idmançılar milliləşdirilir, amma nəticə yoхdu. Bunun əsas səbəbi də federasiyaya ayrılan vəsaitin Xanlar Fətiyevin yaхın ətrafı tərəfindən mənimsənilərək təyinatı üzrə sərf olunmamasıdı. Xanlar Fətiyev ən böyük fiaskosunu "Bakı-2015” I Avropa oyunlarında yaşadı. Yarışlar başlamadan əvvəl iddialı açıqlamalar verən federasiya rəhbəri ondan sonra susmağa üstünlük verdi. Səbəb isə "Bakı-2015″də heç bir uğurun qazanılmamamı oldu. Piasport.az-a verilən məlumata görə, millət vəkili "Bakı-2015″dən əvvəl ölkə rəhbərliyinə bir neçə medal qazanacaqları ilə bağlı böyük vədlər verib. Lakin yarışların medal sıralamasında Azərbaycan üzgüçülərinin adı yer almayıb. /cumhuriyyet.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Onlar əvəzləndi – Siyahı

    Onlar əvəzləndi – Siyahı ...

    27-12-2019, 23:34

  • 
  • Onlar əvəzləndi – Siyahı

    Onlar əvəzləndi – Siyahı ...

    27-12-2019, 23:33

  • 
  • Milli Məclisin yeni tərkibi rəqəmlərdə

    Milli Məclisin yeni tərkibi rəqəmlərdə ...

    11-02-2020, 14:00

  • 
  • Asif Əsgərov müavinini deputat seçdirmək istəyir

    Asif Əsgərov müavinini deputat seçdirmək istəyir ...

    11-12-2019, 15:04

  • 
  • Xanlar Fətiyev Avstraliyalı deputatları necə tora salıb? - FOTOLAR

    Xanlar Fətiyev Avstraliyalı deputatları necə tora ...

    30-07-2019, 22:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu