ANS TV-nin Moskva bürosunun məlumatına görə, Moskvanın Fili istirahət parkında bu il dördüncüsü keçirilən "yastıq döyüşü" fleşmobunda 10 minə yaxın gənc iştirak edirdi.
İnternet şəbəkələri vasitəsilə xəbərləşərək toplanan fleşmob iştirakçıları döyüş öncəsində yastıq və rənglı toz satın aldılar.
Bu ilki yastıq savaşında ilk dəfə gənçlərə bir-birilərini rəngli tozlarla boyamağa da icazə verilmişdi.
Daha sonra iki qarşı qrupa ayrılan fleşmob iştirakçıları start verilməsilə birlikdə "yastıq döyüşü"nə başladılar. Yastıqların havada uçuşmasıyla birlikdə komandalar bir-birinə qarışdı.
Təşkilatçı Qalina Kornevanın sözlərinə görə, bu il dördüncüsü keçirilən "yastıq döyüşü"nü sentyabr sonunda belə isti bir yay havasının olmasına həsr etdik: “Bu fleşmob gənçlərə günlük problemlərini bir kənara atıb dincəlmə fürsəti verir. Bir sözlə tədbir hamının ürəyincədir”.
Bir-birindən maraqlı müsabiqələr və konsert proqramları da gənçlərin ürəyincəydi.
İştirakçı Svetlana Avdeyeva deyir ki, bu döyüşə çoxdan hazırlaşırdım: “Havanın günəşli olduğunu görüncə yastığımı alıb bura gəldim. Yastıqla döymədən, üzünü boyamadan burdan heç kimi buraxmayacam”.
"Yastıq döyüşü" heç kimin ciddi xəsarət almamsıyla əsil bayram havasında başa çatdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?