Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan əmək yarmarkaları bu həftə 3 rayonda davam etdiriləcək. ƏƏSMN-nin mətbuat xidmətindən "Xəzər Xəbər"ə verilən məlumata görə, növbəti əmək yarmarkalarının sentyabrın 30-da Ucar, Şəmkir və Tərtər rayonlarında keçirilməsi planlaşdırılır. İlkin məlumatlara əsasən, həmin rayonlar üzrə ümumilikdə 60 müəssisə üzrə 823 boş (vakant) iş yerinin işsiz və işaxtaran vətəndaşlara təklif edilməsi nəzərdə tutulur. Hər üc rayonda əmək yarmarkaları saat 10:00-da başlayacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?