GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanın ilk “vor zakonu” - DOSYE

Azərbaycanın ilk “vor zakonu” - DOSYE

Tarix: 2-10-2015, 18:45 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanın ilk “vor zakonu” - DOSYE

Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

…Məhərrəmdən hamı qorxurdu. Çünki nə qərar qəbul edəcəyini qabaqcadan bilmək mümkün deyildi. Adətən sakit keçən sxodkaya əgər Məhərrəm gəlirdisə, adlı-sanlı oğrular çalışırlarmış ki, iştirak eləməsinlər. Çünki dəmir məntiqli və son dərəcə güzəştsiz adam olan Rəşidoğlundan nə desən, gözləmək mümkün idi.

Bir dəfə nə təhər olmuşdusa, Qurd Cəbrayılla Zal Rüstəmin mübahisəsi düşmüşdü. Öz dilimizdə söz güləşdirə-güləşdirə yavaş-yavaş səslərini başlarına atan cavanlar heç «dayı» dedikləri Vasya Solomanın otağa nə vaxt girdiyindən də xəbər tutmamışdılar. Dünyagörmüş kişi söhbətin məzmunun-dan baş çıxara bilməsə də, boğazını yırta-yırta bir-birinə nəsə sübut etmək istəyən cavanlara gözucu baxıb, istehza ilə gülümsündü, sonra da səsini bir azca ucaldaraq, amiranə dedi: «Ne Maqerramniçayte!»

Sizə söhbət açacağımız əhvalatlar 1932-1935-ci illər arasın-da cərəyan edib. Məhz o illərdə artıq şəhərin kölgə haki-miyyəti qanuni oğruların əlinə keçmişdi.

İyirminci illərin ortalarından Bakıda kriminal aləmin danılmaz lideri kimi Rəşid oğlu Məhərrəm qəbul edilirdi. O, ilk qanuni lotu kimi şəhərdəki vəziyyətə istər qazamatda, istərsə də azadlıqda yalnız öz nüfuzu hesabına nəzarət edirdi. Məlumdur ki, Rusiyada «Vor v zakone» kimi tanınan şəxslərə Azərbaycanda `lotu` deyirdilər. Bu da ondan irəli gəlirdi ki, bizim mentalitetimiz `oğru` sözünü qəbul eləyə bilmirdi.

Rəşid oğlu Məhərrəm neçə illər öz adını şərəflə daşımışdı. Onun verdiyi fitvaya heç kim şəkk edə bilməzdi, çünki həddindən artıq ədalətli, qərəzsiz adam olduğunu hamı bilirdi. O, `lotu` adının məsuliyyətini də yaxşı dərk edirdi. Yanına şika-yətə gələnlərin birinin də xahişini diqqətsiz qoymaz, mütləq ölçü götürərdi. Bakıda Məhərrəmin canına and içərdilər və bu ad cayıllar arasında çox əziz sayılırdı. Hamı çalışardı ki, andına sadiq qalsın.

Tarixdə Məhərrəmin adına and içib, sonra öz andını pozan neçə-neçə adamın cəzalandırılması da yaşayır. Elə buna görə də onun adına yalandan and içməyə heç kə-sin cəsarəti çatmazdı.

TT Nəriman və Krasavçik Ağakərim danışırdılar ki, Rəşid oğlu Məhərrəmin yanına Rusiya oğruları da ölkənin cənub regionundakı problemlərini həll eləmək üçün tez-tez gələrdilər. Bakı türmələrindən uzaqlara etap gedəndə dustaqların hamısı-nı təmin eləmək də Rəşid oğlunun boynuna düşürdü. Elə həmin illərdə Bakıda yaradılan ilk obşakın məqsədi məhz etapa gedən dustaqları ərzaq və isti geyimlə təmin eləmək, müharibədən əlil qayıdanlara, başsız qalan ailələrə yardım göstərmək idi. Obşakdakı pullara Məhərrəm birbaşa özü nəzarət edirdi. Deyilənlərə görə, 1930-cu ildə Bakı peresılkasından etapa gedən iki yüz dustağın uzun sürən səfər boyu ehtiyaclarını ödəmək üçün nə lazımdırsa, Rəşid oğlu Məhərrəm üç gün müddətində təmin etmişdi. Onun bu hərəkəti o vaxtkı Sovetlər İttifaqının bütün guşələrində hallanırdı.

Lakin zaman keçdikcə Rəşid oğlu Məhərrəm Bakı kriminali-tetinin zirvəsində tutduğu mövqedən yavaş-yavaş, könüllü olaraq geri çəkilirdi. Və bu çəkilmə təbii ki, şəhərdə kölgə hakimiyyəti uğrunda mübarizə aparan müxtəlif kriminal qruplaşmalar arasında qarşıdurmaya apardı. Bu dəstələr li-derlik uğrunda mübarizyə girişdilər. Araşdırmalar göstərir ki, Rəşid oğlu Məhərrəmin bu işlərdən könüllü kənarlaşması konkret bir hadisə ilə əlaqədardır.

Çadranın atılması ailəyə bədbəxlik gətirdi

İyirminci illərin sonu, otuzuncu illərin əvvəllərində hakimiyyətdə tam möhkəmlənmiş Şura hökuməti `mədəni inqilab` adı altında qadın azadlığı uğrunda geniş mübarizəyə başlamışdı. Bu mübarizənin tərkib hissəsi kimi Azərbaycan qa-dınlarının əsrlərdən bəri baş örtüyü kimi istifadə etdikləri çadraya qarşı mübarizə seçilmişdi. Bir çox problemlər kimi qadın azadlığı probleminin də həllinə kökdən deyil, əhəmiy-yətsiz zahiri detallardan başlayırdılar.

Azərbaycanda müxtəlif qadın dərnəklərinin, klubların yaradılması təşviq edilir və qız-gəlinlər bolşevik təbliğatına uyaraq, öz ərlərinin, ataları-nın, qardaşlarının kəskin etirazına rəğmən baş örtüklərindən imtina edirdilər. Təbii ki, uzun illər şəriət qanunları əsasın-da yaşayan xalq bu hərəkatı çox çətinliklə qəbul edirdi. İndi şəhərimizin “Nizami” metrosunun yaxınlığında şəninə gözəl heykəl ucaldılan «Azad qadın» məhz həmin dövrün simvoludur. Çoxlarının güman etdiyi kimi bu heykəl abstrakt təfəkkürün məhsulu deyil. Onun həyati prototipi əslən şamaxılı olan Səriyyə Xəlilova adlı bir qadındır. Səriyyənin üç qardaşı da vardı: Soltan Əhməd, Ağamehdi və Ələkbər. Ataları oxumuş adam olduğundan el məclislərində mollalıq edirdi. Şura hökumətinin isə İslam dininə münasibəti hamıya məlum idi — “Din həyatın tiryəkidir” — deyirdi Lenin.

Kişi hökumət məmurlarının bütün təzyiqlərinə baxmayaraq, ilahiyyatdan, mollalıqdan əl çəkmirdi. Oğlanları isə öz məhəllələrinin sayılan, hörmətli cayıllarından sayılırdılar.

Günlərin birində Səriyyə də məktəbdə komsomol təbliğatına uyaraq nümayişkəranə tərzdə çadrasını başından atır. Bacılarının naməhrəmlər qarşısında üzüaçıq görünməsi qardaşların başını məhəllə içərisində çox aşağı eləmişdi. Artıq camaat onları bir-birinə barmaqla göstərir, toyda da, yasda da qeybətlərini edirdilər. Bu vəziyyətə dözə bilməyən Ələkbər bədxah adamların fitnə-felinə uyaraq, əlini bacı qanına bulayır, bıçaqlayır onu. Bədbəxt ata isə öz sevimli oğlunun hə-yatını xilas etmək üçün qətli öz boynuna götürməkdən baş-qa çarə tapmır. Ömründə bir kəsin toyuğuna «kiş» deməmiş ahıl kişi dəhşətli qatil kimi cəmiyyətə təqdim edilir, zindana salınır.

Səriyyə Xəlilovanın qətlə yetirilməsi bütün Bakıda böyük əks-səda doğurur. Hökumət isə öz növbəsində bu acınacaqlı ailə münaqişəsinə siyasi don geydirərək onu köhnəliklə ye-niliyin mübarizəsi kimi qələmə verməyə çalışırdı. Həmin günlərdə Bakının bütün iri sənaye müəssisələrində əksəriyyəti qadınlardan ibarət olan əmək kollektivləri respublikanın rəhbər orqanlarına, hətta Moskvaya, “El atasına” müraciətlər yazır, qatilin ölüm cəzasına məhkum olunmasını tələb edirdilər. O dövrdə sovet cəza maşını belə süni məclislərdə çı-xarılan qərarları əlində əsas tutaraq ziyanlı saydığı hər bir şəxsi cəzalandıra bilirdi. Beləliklə, çox müxtəsər bir məhkəmə təşkil edərək ondan siyasi şou düzəldib zavallı atanı ölüm cəzasına məhkum edirlər. Və heç bir tərəddüdə yol vermədən onu da Bayıl qazamatının həyətində güllələyirlər.

Azərbaycanın ilk “vor zakonu” - DOSYE

Amma Səriyyəni qardaşı Ələkbər tərəfindən öldürüldüyü bütün şəhərə, həm də güc strukturlarına məlum idi. Onun qətiyyəti, namus-qeyrət naminə bacısına belə güzəştə get-məməsi Bakıda böyük əks-səda doğurmuşdu. Atasına ölüm cəzası kəsilən məhkəmədə onunla yanaşı müttəhimlər kürsüsündə əyləşən Ələkbər on il həbs cəzasına məhkum edilmişdi.

Məhərrəmin yeganə səhvi onu məhvə apardı

Ələkbər qazamata gətiriləndə neçə müddətdən bəri bakılıların dilində dolaşan qətl olayının sorağı gəlib bura da çıxmış-dı. O vaxt Rəşid oğlu Məhərrəm də kiçmanda otururdu.

Cavan, yaraşıqlı, qəddü- qamətli və ən başlıcası qeyrətli Ələkbəri təbii ki, Rəşidoğlu yaxşı qarşılayır. Tapşırır ki, ona kameradakı ən hörmətli yeri versinlər,yeyib içməkdən korluq çəkməsin. Bir neçə gündən sonra isə özü də nadzorlarla danı-şıb həmin kameraya keçərək Ələkbərlə görüşür. Ələkbər isə cavan olduğundan dustaqların Rəşid oğlu Məhərrəmin tapşırığı ilə ona göstərdiyi hörməti qorxu kimi qiymətləndirir. Məhz elə bu səbəbdən Məhərrəmlə ilk görüşündəcə oğru qanunlarında ən müqəddəs, toxunulmaz sayılan obşaka nəzarətə iddialı olduğunu ortaya qoyur. Bu isə ad-sanı bütün öl-kədə tanınan lotunun mötəbərliyinə şübhə etmək demək idi.

Onun bu hərəkətindən son dərəcə əsəbiləşmiş dustaqlar Ələkbərin qətlinə fərman verən fitvanı öz liderlərindən, Məhərrəmdən gözləyirdilər. Həmin anda lotunun gözü ilə verəcəyi bircə işarə kifayət idi ki, Ələkbərin böyük tikəsini qulağı boyda edələr. Neçə ilin caniləri olan bu dustaqlar onsuz da son iki-üç gün ərzində bu özündən müştəbehin saymazlığından, naşılığından, ədasından kifayət qədər cana doymuşdular.

Rəşid oğlu Məhərrəm bu vəziyyəti gözəl bilirdi. Elə ona görə də Ələkbərin iddiasına səmimi bir təbəssümlə gülümsünür, əlini cavan oğlanın çiyninə qoyaraq soruşur: «Bacararsan?» Bu yerdə Ələkbər ya intuisiyasının gücündənmi, ya da elə tə-sadüfdənmi həyatını xilas edən bir cavab verir: «Sən yol göstərsən, bacararam».

Bu cavab Ələkbərin Məhərrəmin böyüklüyünü qəbul etməsinin etirafı kimi qarşılanır və tarıma çəkilmiş əsəblər bircə anda boşalır. İndi hamı Məhərrəmin qərarını gözləyirdi. Rəşid oğlu Məhərrəm isə azacıq fikrə gedəndən sonra öz qərarını kameradakı yoldaşlarının qarşısında elan edir: «Bu gündən etibarən obşakı idarə etməyi Ələkbərə tapşırıram».

Təbii ki, çoxları üçün Rəşid oğlu Məhərrəmin bu qərarı qətiy-yən məntiqli deyildi. Çünki onun hörmətini, əqidəsini cavan Ələkbərin ponyatkası, ideyası ilə bir tərəziyə qoymaq heç kəsin ağlına belə gəlməzdi. Amma öz liderlərinin hər bir kəlmə-sini sözsüz qəbul edən cayıllar, patsanlar onun bu qərarını də-rin təəssüf hissi ilə qarşılayırlar. Əksəriyyət bunu Bakı kriminalitetinin nüfuzdan düşməsi kimi qəbul edirdi.

Amma Rəşid oğlu Məhərrəm tamam başqa məntiqə əsaslanırdı. Ələkbərin görkəmi, qətiyyəti onda belə bir qənaət yaratmışdı ki, tükənməz enerji, düzgünlük, ədalət tələb edən obşaka nəzarət işinə o, daha artıq yarayar. Rəşid oğlu Məhərrəm inanırdı ki, gözlənilməz qərarı digər yoldaşları tərəfindən şübhəsiz qəbul ediləcək və liderlərinin seçiminə hörmət etdiklərindən onlar Ələkbərə hətta xırda xətalara yol vesə belə, bir müddət toxunmayacaqlar. Bu cavan oğlan da həmin müddət ərzində lazımi təcrübə toplayaraq işə girişəcək…

1932-ci ilin əvvəllərində baş vermiş həmin bu hadisədən az sonra Rəşid oğlu Məhərrəm Rusiyaya etap edilir, həmin dövr üçün ən ağır lagerlərin yerləşdiyi Kolımaya göndərilir. Onu artıq Sibirdə gözləyirdilər və orada obşakın natəmiz əllərə təhvil verilməsilə bağlı çağrılan sxodkadan sonra qətlə yetirirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mafiyanın yeni lideri: “1 nömrəli vor zakon” postuna namizəd müəyyən olundu

    Mafiyanın yeni lideri: “1 nömrəli vor zakon” ...

    6-11-2017, 19:00

  • 
  • Rövşən Lənkəranskidən “vor” adı alına bilməz – AÇIQLAMA

    Rövşən Lənkəranskidən “vor” adı alına bilməz – ...

    8-01-2015, 11:52

  • 
  • Wİ-Fİ BİZİ YAVAŞ-YAVAŞ ÖLDÜRÜRMÜŞ?

    Wİ-Fİ BİZİ YAVAŞ-YAVAŞ ÖLDÜRÜRMÜŞ? ...

    2-11-2017, 17:26

  • 
  • SSRİ kriminalının atası Vasya Brilyantın həyat hekayəsi

    SSRİ kriminalının atası Vasya Brilyantın həyat ...

    20-12-2014, 23:10

  • 
  • Paşinyan “vor zakon”larla ittifaq yaradır

    Paşinyan “vor zakon”larla ittifaq yaradır ...

    5-10-2018, 16:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu