Neftçala rayonun Şorkənd və Beştalı kəndlərinə prezident tərəfindən ayrılmış 3 milyon manat pul aqibəti bəlli deyil.
2014-cü ilin may ayının 29-da Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Otuz yeddi min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
Sərəncam imzalandı, pul büdcədən ayrıldı. Və bu ayrılan pullar yolların ilkin təmiri üçün idi.
Amma heç bir iş görülməyib. Rayonun ən böyük iki kəndi hesab edilən Şorkənd və Beştalı kəndlərinin avtomobil yolları hal hazırda bərbad durumdadır.
Vəsaitin ayrılması ilə bağlı Neftçala Rayonu İcra Hakimiyyətinin rəsmi saytında da məlumat yerləşdirilib.
Amma orada bu pulların haraya və nə vaxt xərclənməsi ilə bağlı heç bir məlumat yoxdur.
Eyni zamanda rayonun 2015-ci il üçün ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatında da bu haqda bilgi verilmir. Aşağıda şəkillərdə görüdüyünüz yollar sürücülərin ancaq əsəbləri ilə oynamaq və onların maşınlarının hissələrinin yararsız hala gətirilməsi üçündür.
Bəs onda bu 3 milyon manat hara xərclənib? Teref.info sizə Bankə qəsəbəsinin yolunu təqdim edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?