Azərbaycan - İtaliya oyununa gedən azarkeşlər üçün xüsusi marşrut avtobusları ayrılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya futbol matçı ərəfəsində saat 21:30-dan etibarən azarkeşlərin rahat və maneəsiz şəkildə daşınması üçün Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti və "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili" MMC tərəfindən xüsusi marşrut avtobusları ayrılıb.
Azarkeşlər müəyyən olunmuş ərazilərdən ekspress avtobuslarla rahat şəkildə stadiona gələ, eyni zamanda geri qayıda biləcəklər.
Şəhərətrafı marşrut xətləri üzrə stadiona gəlmək üçün 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılıb. Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcək.
Marşrut avtobuslarının hərəkət istiqamətləri haqqında aşağıdakı cədvəldə məlumat verilib:
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?